Rusiya XİN Ermənistan rəhbərliyini sərt tənqid edib
Yusif Nəzərli
12:09 12.09.2023
Aktual
355
“Cəmi iki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda artan anti-Rusiya ritorikasına münasibət bildirib. Ritorika vəziyyəti həll etməyə kömək edən olmalıdır. Qızışdırmaq, alovlandırmaq, parçalamağa artıq hamı öyrəşib”.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində son günlər Ermənistanda artan anti-Rusiya ritorika ilə də bağlı sualı cavablandırarkən bildirib.
O vurğulayıb ki, heç də hər kəs barışmağı, kömək etməyi, bərpa etməyi, birləşməyi bacarmır: “Bunun uğrunda səy göstərmək, çalışmaq lazımdır”.
Rusiya XİN rəsmisi son günlər Ermənistanda və Azərbaycanın Qarabağ iqtisadi rayonunda baş verənlərə də münasibət bildirib.
Jurnalistin “İndiki çıxılmaz vəziyyətdən sülh yolu ilə çıxmaq şansı varmı” sualına M.Zaxarova belə cavab verib: “Bu sülh şansı Rusiyanın vasitəçiliyi ilə hazırlanan üç sənəddə öz əksini tapıb. Moskvanın və şəxsən Rusiya Prezidenti Vladimir Putinin səyləri nəticəsində sənəd nizamlanma kateqoriyasına keçib. Hamı onu razılaşdırıb və 2020-ci ildən bəri bu sənədlərin aktuallığını və onların tarixi rolu dəfələrlə qeyd edilib. Sadəcə olaraq, onları həyata keçirmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media