Rusiyalı deputat Azərbaycan xalqını təbrik etdi
17:50 10.02.2020
Aktual
440
Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər rəqabət şəraitində, tamamilə açıq şəkildə keçirilib və demokratik seçki standartlarına cavab verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər Komitəsinin sədri Leonid Slutski bəyan edib.
L.Slutski Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının əhali arasında böyük nüfuza malik olduğunu və bunun da səsvermənin yekun nəticələrində əksini tapdığını vurğulayıb. Onun sözlərinə görə, respublikanın Mərkəzi Seçki Komissiyasının artıq operativ şəkildə araşdırdığı cüzi pozuntular seçkilərin legitimliyinə heç cür təsir edə bilməz. Komitə sədri əlavə edib: “Şəffaflığın və demokratikliyin olmaması barədə ittihamlar, çox üzr istəyirəm, sadəcə parlament ədəbinə uymayan iddialardır”.
L.Slutski, həmçinin qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ADTİHB) müşahidəçiləri ənənəvi olaraq səsvermənin yekunlarına dair tənqidlər səsləndiriblər. Bu, avropalı müşahidəçilərin qərəzli yanaşmasını və ikili standartlarını nümayiş etdirir.
Deputat vurğulayıb ki, Milli Məclisə seçkilər demokratik seçki standartlarına tam uyğun şəkildə keçirilib. Bunu Dövlət Dumasının deputatlarının da təmsil olunduğu MDB-nin müşahidə missiyası da qeyd edib.
Komitə sədri sonda deyib: “Azərbaycan xalqını təbrik etmək istəyirəm və məhsuldar parlamentlərarası əməkdaşlığa ümidvar olduğumu bildirirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual