Sabah Azərbaycandan ilk zəvvar qrupu Həccə gedəcək
08:46 28.06.2022
Aktual
410
Vüsal Cahangirli bildirib ki, təyyarə sabah saat 12:30-da Bakıdan Ciddəyə uçacaq
Sabah Azərbaycandan olan zəvvarların ilk qrupu Həcc ziyarəti üçün yola düşəcək. Bu barədə Sputnik Azərbaycan-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib. V. Cahangirli bildirib ki, təyyarə sabah saat 12:30-da Bakıdan Ciddəyə uçacaq. Onun sözlərinə görə, həmin təyyarənin saat 16:30-da Ciddəyə enəcəyi gözlənilir.
Vüsal Cahangiri deyib ki, Azərbaycandan ilk olaraq 180 zəvvar olmaqla, ümumilikdə 680 zəvvar ziyarət edəcək: " Ümumilikdə zəvvarlar iyunun 29, 30 və iyulun 1, 2-də gündə bir reys olmaqla səfər edəcəklər. Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanımdır, ən yaşlı zəvvar isə 1957-ci il təvəllüdlü kişidir".
Vüsal Cahangiri bildirib ki, yaş məhdudiyyəti ilə bağlı bu il Həccə müraciətlərin sayında azalma müşahidə olunmayıb.
Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.
Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm