Səfər Mehdiyev: “Zərgərlik sahəsində ciddi problemlər var”
08:02 18.02.2020
Aktual
288
“Zərgərlik sahəsində problemlərin nə qədər ciddi olduğunu bilirik. Bu sahədə idxal, yerli istehsal, ixrac əməliyyatlarımızda potensial yüksək olduğu halda biz öz fəaliyyətimizi təşkil edə bilmirik”.
Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüşdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib.
O qeyd edib ki, kölgə iqtisadiyyatı ilə mübarizəni vahid komanda şəklində aparsaq, leqal fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdır:
“Qanunsuz fəaliyyətlə məşğul olan yerli və idxalçıların bazarlarının yaradılması bizim üçün qaçılmazdır. Rəqəmlərə və statistik göstəricilərə nəzər salsaq, görürük ki, bu sahədə vəziyyət ürəkaçan deyil.
Bu tədbir Prezident İlham Əliyevin Vergi Xidməti və DGK qarşısında qoyduğu kölgə iqtisadiyyatı ilə bağlı mübarizənin əsas prioritetlərindən biri kimi sayıla bilər. Bu sahədə böyük vergilərin qoyulması, tariflərin tətbiq olunması, idxal, ixrac əməliyyatlarında verginin yuxarı qaldırılması ilə bunu tənzimləmək mümkün deyil.
Bunun yolu gələcəyə yönəlmiş təkliflərin dəyərləndirilərək sektorun inkişafına səbəb olmaq, qaçaqmalçılığa qarşı birgə mübarizə aparmaqdır. Sahibkarlara münbit şəraitin yaradılması da təmin edilməlidir. Dövlət və özəl sektor bu sahədə birgə tədbir görməzsə, hansı verginin azaldılmasından və artırılmasından asılı olmayaraq, bu bazarın inkişaf etdirilməsi mümkün deyil”.
DGK sədri qeyd edib ki, qanunvericilikdə gömrük sahəsində problemlər var:
“Qanunvericilikdə idxal əməliyyatları üzrə vergi və rüsumların həddən artıq çox olması leqal fəaliyyət göstərən şirkətin qaçaqmalçılıq yolu ilə malların gətirilməsinə şərait yaradır və bu məsələrlə bağlı mübarizəmizi çətinləşdirir. Həm emal, həm də idxalda şəffaflığın təmin olunmasında sahibkarların yanındayıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət