Sıravi fransızların fikirləri öyrəniləcək
Yusif Nəzərli
06:24 06.12.2022
Aktual
386
Müsahibələr hər iki ölkənin yerli mediasında yayımlanacaq
Fransada hər zaman erməni lobbisi fəallığı ilə seçilib. Rəsmi Paris də əksər zamanlarda çıxardığı qərarlarda və yürütdüyü siyasətdə ermənipərəstliyini göstərib. Bu günlərdə Fransa dövlət rəhbərliyi tərəfindən verilən bəyanatlar, Fransa Senatının və Milli Assambleyasının Azərbaycanın əleyhinə qəbul etdikləri qətnamələr bunun bariz nümunəsidir. Amma bu, heç də Fransa xalqının ümumi mövqeyini və rəyini ifadə etdirmir. Bu məqsədlə Azərbaycanın Fransada lobbiçiliyinə töhfə verən könüllü layihənin həyata keçirilməsi planlaşdırılır.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə "Şərq"ə açıqlamasında bildirib ki, Fransa parlamentinin üzvlərini fransız xalqı seçsə də, yerli xalqın Azərbaycan haqda mövqeyi və düşüncəsi tamam fərqlidir. Onun sözlərinə görə, fransız xalqının hər hansı bir məsələdə fikir və rəyi Fransa dövlətinə və parlamentinə təsir etmək gücünə malikdir:
"Məhz bu tendensiyadan çıxış edərək Diaspor Fəalliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi olaraq "Fransadan Azərbaycana baxış" layihəsini könüllü icra edəcəyik. Bizimlə bu layihədə Fransa-Azərbaycan Dialoqu Assosiasiyası tərəfdaşlıq edəcək.
Layihənin məqsədi Azərbaycan həqiqətlərinin Fransada məhz elə fransızların dili ilə yayılması və ermənilərin ölkəmiz haqqında dezinformasiyalarının ifşa olunması, həmçinin sıravi fransızların Azərbaycan haqqında fikir və düşüncələrini öyrənməkdir. Layihə çərçivəsində ilkin olaraq Fransanın tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərindən Azərbaycanla bağlı fikir və düşüncələrini ifadə edən müsahibələr alınacaq. Hər iki ölkənin yerli mediasında yayımlanacaq. Layihənin ikinci mərhələsində isə bu müsahibələr toplanıb fransız dilində çap ediləcək.
Sonra bu kitab Fransa kitabxanalarında yayımlanacaq. Xüsusən də Fransa rəsmi qurumlarına, ən əsası parlamentarilərin birbaşa ünvanlarına göndəriləcək. Bununla da, Azərbaycan-Fransa xalqları arasında körpülərin qurulmasına, Azərbaycanın Fransada lobbiçiliyinə vətəndaş cəmiyyəti olaraq töhfə vermiş olacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm