SOS!- İran Azərbaycanda “Ağ ölüm”ü yaymaq istəyir – Mübarizə güclənsin!
Yusif Nəzərli
14:47 09.12.2021
Aktual
730
“Bu ölkənin hüquq-mühafizə orqanları ölkələrindən Azərbaycana narkotik maddələrin keçirilməsinə cəhdlərdən xəbərdardırlar”
“İran dövlət aparatı çirkli pulların qazanılmasına cəhd edir. Bu səbəbdən külli miqdarda narkotik vasitələr yetişdirilir”
Qanunsuz olaraq dövlət sərhədindən narkotik keçirilməsi cəhdlərinə dair mediada kifayət qədər məlumatlar tirajlanır. Məxsusi olaraq, İrandan Azərbaycana qanunsuz yollarla narkotik vasitələr gətirilməsinə səylər göstərilir. Həmin şəxslər sərhəd bölgəsindən keçərkən silahdan istifadə etməkdən də çəkinmirlər. Lakin Dövlət Sərhəd Xidmətinin (DSX) tədbirləri nəticəsində ölkəyə narkotik keçirilməsinin qarşısı qətiyyətlə alınır. Amma cənub qonşumuz olan İranla bağlı bu iddiaları irəli sürmək olduqca çətindir. Dəfələrlə bu ölkə vətəndaşlarının Azərbaycana narkotik vasitələr keçirmək cəhdlərinin qarşısı alınıb. Sanki İran hüquq-mühafizə orqanları buna göz yumaraq narkotik vasitələrin dünyanı zəhərləməsinə, “ağ ölümü” yaymasına bilərəkdən imkan yaradırlar. Bəlkə də, çirkli pullar qazanaraq zəifləmiş iqtisadiyyatlarını bərpa etmək niyyətindədilər.
Məsələ ilə bağlı “Sherg.az”a danışan Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, siyasi elmlər doktoru Sabir Məmmədli bildirib ki, erməni separatçıları Qarabağda fəaliyyətdə olarkən İrandan Azərbaycana külli miqdarda narkotik vasitələr keçirilirdi:
“Birinci Qarabağ müharibəsindən sonra İrandan Qarabağa külli miqdarda narkotik vasitələr keçirilməyinə başlanılıb. Hətta İran Ermənistan sərhədindən istifadə edərək Qarabağa narkotik maddələr keçirirdi. Bunu Paşinyanın özü də etiraf etmişdi. O vurğulamışdı ki, İran-Ermənistan sərhədindən tez-tez külli miqdarda narkotik vasitələr keçirilib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edərək dövlət sərhədinə nəzarəti ələ aldı. Beləliklə, Qarabağ bölgəsinə narkotik vasitələrin keçirilməsinin qarşısı müvəffəqiyyətlə alınır”.
S.Məmmədli qeyd edib ki, narkotik vasitələr əksər hallarda Rusiya üzərindən Avropaya aparılır:
“Dünya praktikası göstərir ki, sərhədlərdən keçirilən narkotiklərin yalnız 15-20 faizi aşkar edilir. Qalan hissəsi isə müxtəlif yollarla keçirilir. Narkotik maddələr əsasən Rusiya-Avropa istiqamətində aparılır”.
Siyasi elmlər doktoru vurğulayıb ki, İranın mühafizə orqanları ölkələrindən Azərbaycana narkotik maddələrin keçirilməsinə cəhdlərdən xəbərdardırlar:
“İran dövlət aparatı çirkli pulların qazanılmasına cəhd edir. Bu səbəbdən külli miqdarda narkotik vasitələr yetişdirilir. Çünki xaricdə olan bəzi qruplaşmaları təmin etmək üçün maliyyə ehtiyacı duyur.
Bu maliyyə narkotik vasitələrin qaçaqmalçılığından əldə olunur. İranın mühafizə orqanlarının da bundan xəbərləri var.
Çirkli pul əldə edə bilmək üçün maneəçilik də törətmirlər, hətta özləri təşkil edirlər”.
Xanlar Əlibəy
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm