"Spirtli içkilərin bahalaşması əhalini o qədər də narahat etməyəcək, ancaq..." - İqtisadçı-ekspert
13:20 18.02.2020
Aktual
507
Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcəsi artırılıb.
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.
Aksiz dərəcəsinin artırılmasının qiymətlərə təsirini şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli qiymət artımının olacağını deyib:
“ Aksiz, vergi və gömrük rüsumlarının artırılması sonda mal və xidmətlərin qiymətinin artmasına səbəb olur. İş adamları, təbii ki, ziyanla işləməyəcək və ona görə də qiymətlərin artımı baş verəcək. Azərbaycanda spirtli içkilərin istehsalında xaricdən gətirilən xammalın üstünlük təşkil etdiyini nəzərə alsaq, bunun qiymətlərə təsiri kifayət qədər olacaq”.
N. Cəfərlinin sözlərinə görə, dünyanın bir çox ölkələrində hökumətlər spirtli içkilər ilə tütün məmulatlarında vergilərin və aksiz dərəcələrinin artırılması bir o qədər də reaksiya doğurmur:
"Bu, sosial məsələ olmadığı üçün vətəndaşlar tərəfindən o qədər də anormal qarşılanmır. Hətta hökumət bunu sağlam həyat tərzi istiqamətində addım kimi izah etməyə çalışır. Həqiqətən də bu məsələ həm də sağlamlıq məsələsidir, qiymətlərin bahalaşması əhalinin spirtli içkilər və tütün məmulatlarından daha az istifadə etməsinə səbəb olur. Bir çox ölkələrdə qiymətlərin artırılması yolu ilə spirtli içkilər və tütün məmulatları istehlakının azaldılması qarşıya məqsəd kimi qoyulur və belə addımlar atılır”.
"Lakin bir məsələ var, dünya ölkələrində spirtli və energetik içkilərin, tütün məmulatlarının aksiz dərəcələri artanda ordan gələn əlavə gəlirin istiqaməti bəlli olur. Bu məbləğ sosial layihələrə, tibbi sığortaya və digər əhəmiyyətli məsələlərə xərclənir. Azərbaycanda isə aksiz vergilərindən əldə olunan əlavə gəlirin ünvanı göstərilmir.Sanki hökumət büdcədə yaranan problemləri həll etmək üçün aksiz vergisinin artırılması yolunu tutub. Halbuki buradan gəlir ayrıca hesablanmalı və icbari tibbi sığortanın ödənilməsinə yönəlsə, daha məqsədəuyğun olar. Dünya ölkələrinin praktikası buna əsaslanır. Azərbaycanda bu təcrübədən istifadə edilmir deyə, qiymət artımı insanlar tərəfindən birmənalı qarşılanmır.
Yoxsa ki, spirtli və energetik içkilər, o cümlədən də tütün məmulatları sosial məhsul olmadığı üçün qiymətlərdə kəskin artım olsa belə bu, insanların durumuna ciddi təsir etməməlidir. Hətta bəzi insanların qiymət artımına görə bu məhsullardan imtina etməsi sağlamlıq baxımından faydalı ola bilər. Dediyim kimi dünya ölkələrində qiymət artımı sağlam həyat tərzinə keçidlə izah olunur"- deyə iqtisadçı əlavə edib.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət