Şəhərdə aparılacaq tikinti işləri zamanı tarixiliyin qorunması vacibdir
Şuşada hündürmərtəbəli binalar ola bilər?
Yusif Nəzərli
10:36 22.10.2023
Aktual
448
Hər qarışı bir tarix, bir abidədir
Şəhərdə aparılacaq tikinti işləri zamanı tarixiliyin qorunması vacibdir
Şəhərdə aparılacaq tikinti işləri zamanı tarixiliyin qorunması vacibdir
Şuşada məskunlaşmaya ciddi hazırlıq gedir. Şəhərə ilkin olaraq 400-dək ailənin köçürülməsi nəzərdə tutulub. Bu barədə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib. A.Kərimov bildirib ki, yeni yaşayış kompleksinin tikintisi bu ilin sonunda yekunlaşacaq. 2024-cü ilin I rübündə isə əhalinin Şuşaya köçü başlanacaq. Qeyd edək ki, A.Kərimov bundan əvvəlki açıqlamalarında da bildirmişdi ki, mədəniyyət paytaxtımız Şuşada çoxmərtəbəli binaların tikintisi nəzərdə tutulmur. Şuşada 1,2, 3 və 5 mərtəbəli binalar olacaq. "Şuşanın bərpası və yenidən qurulması ilə bağlı 3 ilə yaxındır ki, müzakirələr aparılır. Şuşanın baş planını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onların xaricdən olan mütəxəssisləri ilə birgə hazırlayarkən çalışdıq ki, şəhərin tarixi görünüşünü qoruyaq. Şəhərin Baş Planı hazırdır", məlumatını verən A.Kərimov qeyd edib ki, Qarabağ yaşıl enerji zonası olduğundan Şuşada da bu, həm planlama, həm də layihələndirmə işlərində nəzərə alınıb. “Şuşada 12 əsas kvartal mövcuddur. Həm qarışıq, həm ticarət, həm turistlər üçün xüsusi kurort ərazilər ayrılıb. 1, 2, 5 mərtəbəli binanın tikintisinə başlanılıb. Şəhərdə dövlət binaları, həm də sosial binalar tikilməkdədir”.
Şuşanın əhalini qəbul etməyə hazırlaşdığı xəbərindən böyük sevinc hissi və həyəcan keçirdiyini deyən həmkarımız, peşəkar jurnalist, əslən Şuşadan olan Kəmalə Cahidqızı qeyd etdi ki, mədəniyyət paytaxtımızın – doğma Şuşanın tarixi görkəminin qorunub saxlanılması ən vacib məsələlərdən biridir:
- Cənab Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov demişdi ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa erməni işğalına məruz qalsa da, tarixi abidələr dağıdılsa da, şəhərin əsas şablonu, landşaftı olduğu kimi qalıb. Şəhərin Baş planı buna əsasən tərtib edilib. Bu o deməkdir ki, Şuşada mümkün olan, hətta mümkünsüz görünən bərpa işləri aparılır. Tarixi abidələr, fərdi evlər bərpa edilir. Tarixi abidələrin, məşhur şəxslərə aid mülklərin bir neçəsi bərpa olunub artıq. Şuşa əvvəlki gözəlliyinə qovuşur, şəhərin əvvəlki görünüşü özünə qayıdır. Xatırlayırsınızsa, Milli Məclisdə Şuşa şəhəri ilə bağlı iki mühüm qərar qəbul edildi. Bunlardan biri Şuşa adından istifadə qaydası, digəri isə şəhər ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətinə dair tələblər sərtləşdirilməsinə aid idi. Hər iki məsələ “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Tikinti qaydalarıyla bağlı dəyişikliyə görə, Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən tarixi abidə aşkar edilərsə, aparılan iş dərhal dayandırılmalıdır. Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna məlumat verilməlidir. Qanuna edilən bu dəyişiklikllər zərurətdir. Və bu qərarlar Şuşanın maddi və mənəvi baxımdan qorunması məqsədi daşıyır. Şuşanın onsuz da hər qarışı tarixdir, hər qarışı bir abidədir. Şuşada hansı daşı qaldırsan, altından bir tarix boylanacaq. Bu mənada Şuşada aparılacaq tikinti işləri zamanı tarixiliyin qorunması vacibdir. Şuşada tikintilər elə aparılmalıdır ki, şəhərin görünüşünə, təbii gözəlliyinə, relyefinə xələl gəlməsin. Şuşa həm də qoruqdur. Deməli, onu göz bəbəyi kimi qorumalıyıq. Əlbəttə, hündürmərtəbəli binalar Şuşaya yad görünəcək. Şəhərin spesifik quruluşu, təbii relyefi var. Tikintilər elə aparılmalıdır ki, Şuşanın tarixi görünüşünə, memarlıq quruluşuna xələl gəlməsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Melonidən Rusiya ilə bağlı xəbərdarlıq: Diqqətli olmalıyıq
17:15 14.04.2026
Siyasət
Ağstafa çayından sel keçdi, mərkəzlə əlaqə çətinləşdi - Foto
17:13 14.04.2026
Aktual
ADY: Qatarlara daş atılması ilə bağlı 18 fakt qeydə alınıb
17:09 14.04.2026
Hadisə
Mirzoyan Brüsseldə Kallasla görüşdü
17:06 14.04.2026
Siyasət
“Türkiyə–İsrail müharibəsi iddiaları əsassızdır” - Aydın Sezer
16:55 14.04.2026
Gündəm
Qubanın Afurca kəndində torpaq sürüşməsi qeydə alınıb
16:38 14.04.2026
Hadisə
Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var
16:19 14.04.2026
Hadisə
Baş nazir Administrasiyası Samvel Karapetyana çağırış etdi
16:08 14.04.2026
Gündəm
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrıldı
16:04 14.04.2026
Ölkə
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb
16:03 14.04.2026
Sağlamlıq
Zelenski: “Drujba” neft kəməri aprelin sonuna qədər təmir olunacaq
15:45 14.04.2026
Dünya
Rusiya Ukraynanın su anbarını vurdu
14:51 14.04.2026
Dünya
Kılıçdaroğluna həbs cəzası verildi
14:46 14.04.2026
Gündəm
İran 4 etirazçını edam edəcək: amma əvvəlcə...
14:36 14.04.2026
Region