
Taksi xidmətində xaos! - Dövlət “əl” qoymalı və qaydalar işlənilməli...”
Yusif Nəzərli
11:33 14.06.2022
Aktual
700
“Taksi fəaliyyəti ilə bağlı vahid konsepsiya qəbul olunmalı və qiymətlər müəyyənləşməlidir”
“Yay-qış, gecə-gündüz tarifləri, pik saatlara aid xüsusi tariflər yalnız qanunlar çərçivəsində müəyyən olunmalıdır”
“Yəni sürücü özbaşına qiymət tətbiq edə bilməz. Bu kimi qaydalar bərqərar olsa, belə problemlər də aradan qalxar”
Yay gələn kimi ictimai nəqliyyatda kondisioner problemi də başlayır. Bakının yollarında zaman-zaman yaranan tıxacları nəzərə alsaq, insanları başa düşmək çətin deyil. Bu günlərdə sosial şəbəkələrdə paylaşılan bir video müzakirələrə səbəb olub. Paytaxtda taksi xidmətindən istifadə edən vətəndaşlardan biri anormal halla qarşılaşıb.
Taksi sifariş verən şəxs sürücüdən kondisioneri yandırmasını xahiş edir. Sürücü isə bunun üçün gediş haqqından əlavə bir manat pul tələb edir. Hətta bunu elan kimi yazaraq avtomobilə yerləşdirib.Bu məsələdə nə taksi sürücülərini qınamaq olur, nə də sərnişinləri. Taksi sürücüləri iddia edirlər ki, A məntəqəsindən B məntəqəsinə qədər hesablanan gediş haqqı çox azdır:“Müştəriləri itirməsinlər deyə taksi şirkətləri aşağı qiymət təklif edirlər. Sərnişin isə avtomobilə əyləşəndə qışda soba, yayda isə kondisionerin yandırılmasını istəyir. Bu isə əlavə yanacaq sərfiyyatıdır. Biz müştəriyə izah edə bilmirik ki, onun verdiyi gediş haqqı heç avtomobilin yanacaq xərci etmir. Avtomobilin benzindən əlavə, yağı var, müxtəlif diaqnostikaları var. O cür işləmək bizə də sərf etmir axı. Biz də ailəmizi dolandırmaq üçün yollara çıxmışıq”.

Mövcud vəziyyəti və çıxış yollarını “Sherg.az”a şərh edən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu sahədə dövlət nəzarətinə çox ciddi ehtiyac var:
“Çünki taksi fəaliyyəti xidmət sahəsidir. Özəl sektor olsa da, burada özbaşınalıq ola bilməz. İstənilən halda qayda və qanunlar öz sözünü deməlidir. Ancaq hazırda xaos hökm sürür. İndi taksi fəaliyyətində istənilən qeyri-adi hala rast gələ bilərik. Vəziyyət çox qarışıqdır. Bunun qarşısını almaq üçün qaydalar işlənilməli, taksi fəaliyyəti ilə bağlı vahid konsepsiya qəbul olunmalı və qiymətlər müəyyənləşməlidir. Yay-qış, gecə-gündüz tarifləri, pik saatlara aid xüsusi tariflər yalnız qanunlar çərçivəsində müəyyən olunmalıdır. Yəni sürücü özbaşına qiymət tətbiq edə bilməz. Bu kimi qaydalar bərqərar olsa, belə problemlər də aradan qalxar”.
Taksi sürücülərinə haqq qazandıran ekspert, sürücü hüquqlarının qorunmasının vacib olduğunu vurğulayıb:
“Taksi sürücülərini qınamıram. Çünki Azərbaycana doluşan xarici şirkətlər elə qiymət siyasəti müəyyənləşdiriblər ki, taksi sürücüləri onların əlində əsirə çevrilib. Sürücülər istismar olunurlar. Bu səbəbdən mən onları başa düşürəm. Onlar heç kimə borclu deyillər ki, kimisə lüks şəraitdə gəzdirib, özləri axşam evə pulsuz getsinlər. Onlar da normal qazanc əldə etmək istəyir. Sadəcə səsini çıxara bilmir, qiymət tələb edə bilmir. Çünki onların hüquqlarını qoruyan yoxdur. Bu gün dövlət qurumları taksi sürücülərinin arxasında deyil. Taksi sürücüləri özləri özlərinə iş qurublar, kiminsə əlində qul, kölə kimi işləmək məcburiyyətindədirlər. Dövlət qurumlarının heç taksi sürücülərindən xəbəri belə yoxdur. Azərbaycanda bu işlə məşğul olan 100 mindən artıq şəxs var. 60 minə yaxını elə Bakı şəhərindədir. Onların hüquqlarını kim qorumalıdır? Aidiyyəti qurumlar bu işlə ciddi məşğul olmaldırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya