Tarix İnstitutu İkinci Dünya müharibəsinin tarixini yeni səpkidə araşdırır
16:07 18.02.2020
Aktual
427
Mayın 5-də Bakı şəhərində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunan “Tarixin canlı səhifələri” adlı VIII Gənclər festivalı keçiriləcək. İnstitutdan "Sherg.az"a verilən məlumata görə, bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda keçirilən görüşdə səsləndirilib.
Görüşdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, sovet dönəmində qəsdən cəmiyyətə yalançı tarix sırıyıblar, ona görə də hazırda Azərbaycan tarixi yenidən araşdırılır. İnstitutda “Azərbaycanın sovet dövrü tarixi” şöbəsi fəaliyyət göstərir. Elmi müəssisə İkinci Dünya müharibəsinin tarixini yeni səpkidə araşdırır.
“Azərbaycan xalqının zəkasının faşizm üzərində qələbədə mühüm rolu var. Böyük Azərbaycan alimi Yusif Məmmədəliyevin yüksək oktanlı yanacaq ixtira etməsi ilə İkinci Dünya müharibəsində böyük dönüş yarandı. Bakı nefti və Yusif Məmmədəliyevin mühüm ixtirası olmasaydı, 1941-1945-ci illər müharibəsi qələbə ilə sona çatmaz və dünya faşizm bəlasından xilas olmazdı”, - deyə akademik bildirib.
Daha sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimova qeyd edib ki, “Tarixin canlı səhifələri” adlı Gənclər festivalının məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək və xalqımızın tarixini onlara əyani olaraq çatdırmaqdır.
Qeyd olunub ki, faşizm üzərində qələbəyə həsr olunan festival Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Tarix İnstitutunun elmi dəstəyi ilə keçiriləcək. Layihənin elmi məsləhətçisi isə Yaqub Mahmudovdur.
Görüşdə, həmçinin Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, rejissorlar Mikayıl Mikayılov və Tural Mustafayev, təşkilat komitəsinin üzvü Elnur Abbasquliyev də iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm