Tatarstan lideri Atambayevin arvadına maşın hədiyyə etdi

Tatarstan Prezidenti Rüstəm Minnixanov Qırğızıstanın həbsdə olan keçmiş Prezidenti Almazbek Atambayevin həyat yoldaşı Raisa Atambayevəya avtomobil hədiyyə edib.

Axar.az xəbər verir ki, bu məlumatı Almazbek Atambayevin rəhbəri olduğu Sosial-Demokrat Partiyasının mətbuat xidməti yayıb.

“Tatarstan Prezidenti Rüstəm Minnixanov Raisa Atambayevanın ictimai nəqliyyatdakı fotoşəklini gördükdən sonra ona avtomobil hədiyyə edib. Sürücünün əmək haqqı və avtomobilin yanacağı da daxil olmaqla bütün xərcləri təmin ediləcək”, - məlumatda bildirilib.

Raisa Atambayeva da Minnixanova dəstəyinə görə minnətdarlığını bildirib.