Tehran “F-16”ları gördü
Tehran “F-16”ları gördü
Yusif Nəzərli
09:34 07.12.2022
Aktual
282
"Qardaş yumruğu" İrana ən layiqli cavab oldu
Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən "Qardaş yumruğu" kod adlı Azərbaycan-Türkiyə birgə təlimləri başa çatdı. Təlimlər bir çox baxımdan diqqət çəkdi və başda İran olmaqla regionda imperialist maraqları olan, bu maraqlar çərçivəsində Azərbaycana təhdid yaradan qüvvələrə kifayət qədər ciddi mesaj oldu.
Siyasi şərhçi Turan Rzayev "Şərq"ə bildirib ki, təlimlər İrana cavab mahiyyəti daşıyırdı və Tehranın həm bir müddət öncə
Araz çayı boyunca keçirdiyi “Qüdrətli İran” adlandırdığı təlimlərinə, həm də SEPAH-a bağlı Teleqram kanallarında İranın Xəzər dənizindən Bakı buxtasına hücum edəcəyinə dair yayılan təhdid xəbərlərinə layiqli cavab idi:
"Təlimlər çərçivəsində diqqətçəkən əsas məqam isə şübhəsiz, təlimlərə Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” qırıcılarının cəlb edilməsi oldu. “F-16” qırıcılarının təlimlərə cəlb edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə AzTV vasitəsilə xalqa müraciətində toxunduğu bir məqamı yenidən aktuallaşdırdı.
Prezidentin iki il öncə dediyi sözlər faktiki olaraq təlimlər fonunda bir daha özünü doğrultdu. Düzdür, Azərbaycana İran tərəfdən birbaşa təcavüz olmasa da, faktiki olaraq təhdid yarandı. Buna cavab olaraq da rəsmi Tehran "F-16"ları gördü.
Bu, yenidən İrana açıq bir mesaj idi. Yəni İranın təhdidi qarşısında"F-16"ları təlimlər adı altında havaya qalxdı. Ehtimal təcavüz riski qarşısında isə həmin qırıcılar təlimlərdə icra etdiklərini real döyüşlərdə icra edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm