Türkiyənin quru əməliyyatı əndişə yaradıb
Türkiyənin quru əməliyyatı əndişə yaradıb
Yusif Nəzərli
06:18 29.11.2022
Aktual
310
Suriyada terrorçular rus komandanlığı ilə gizli görüşüb
Türkiyənin noyabrın 19-da başlatdığı “Pəncə-Qılınc” əməliyyatından səkkiz gün keçir. Bir həftədən çoxdur ki, Suriya və İraqın şimalındakı terrorçular havadan bombalanır. Son açıqlamaya görə, döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının iştirak etdiyi əməliyyatda 326 terrorçu məhv edilib.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyanın şimalında qoşunları olan ABŞ və Rusiya Ankaranın dayanmasını tələb edir. Lakin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan quru əməliyyatlarının siqnalını verir. Konyada çıxış edən Ərdoğan, "Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün sərhədləri daxilində və xaricində hər cür ixtiyar sahibibir. Bu hüququ istifadə etməyimizə heç kim mane ola bilməz" deyib. Ankaranın qətiyyətli mövqeyi YPG terrorçuları arasında çaxnaşmanı artırıb. ABŞ çətirinə güvənən, lakin yenidən məyus olan terror tərəfdarları həftə sonu Qamışlıda, Mardin Nusaybində nümayiş keçiriblər. Aksiyalardan sonra terrorçularla ruslar arasında görüş keçirilib. Qamışlının bağlı olduğu Hasekedə Suriyadakı rus qoşunlarının komandanı Aleksandr Çayko ilə YPG terror qruplaşmasının lideri Mazlum Abdi arasında gizli təmas baş tutub. Terrorçu lider Abdi ABŞ Prezidenti Co Baydendən kömək istədiyini, Vaşinqtonun verdiyi vədlərə əməl etmədiyini söyləyib. Abdi-Çayko görüşündə Türkiyənin mümkün quru əməliyyatı müzakirə olunub. Xəbərə görə, rus komandir Suriya ordusu birliklərinin Türkiyə sərhədinə yerləşdirilməsini bir daha gündəmə gətirib. Görüşdə Türkiyənin mümkün əməliyyatına qarşı görüləcək tədbirlərin gündəmdə olduğunu bildirən Mazlum Abdinin sözlərinə görə, Suriya əsgərlərinin yerləşdiriləcəyi xətt Türkiyə sərhədinin 30 kilometrliyində ola bilər. Moskva Ankaranı təmkinli olmağa çağırır. Prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev ötən həftə verdiyi açıqlamada Türkiyə və Suriyanın bir-birinə qarşı addımlar atmağa açıq olduğuna dair işarələr gördüyünü bildirib. Suriyanın şimalında 900-ə yaxın əsgəri olan ABŞ da Türkiyəni hədəf alan açıqlamalar verməkdədir. Pentaqon türk təyyarələrinin bombardmanının birbaşa ABŞ əsgərlərini təhdid etdiyini bildirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region