
Türkiyənin Suriyada quru əməliyyatları baş tutsa...
Yusif Nəzərli
13:28 07.12.2022
Aktual
560
İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi sürətlənəcək
"Biz İsveç və Finlandiyanın NATO üzvlüyünə və təşkilatına genişlənməsinin əleyhinə deyilik". Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib ki, bununla belə hər iki ölkə terrorla mübarizəsini daha da gücləndirməli, Türkiyənin tələb etdiyi terrorçuları ölkəyə geri ekstradisiya edilməlidir. Türkiyənin milli müdafiə naziri Hulusi Akar da vurğulayıb ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı vəziyyəti diqqətlə izləyir: "Biz İsveç və Finlandiyadakı vəziyyəti diqqətlə izləyirik. Təəssüf ki, hələ də bu ölkələrdə bəzi təxribatçı hərəkətlərin davam etdiyini görürük. Biz həm İsveç, həm də Finlandiyanın konkret addımlar atacağını gözləyirik”.

Politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında deyib ki, Finlandiya və İsveçin Türkiyə və Macarıstanın tələblərinə görə ləngiyən NATO-ya üzvlük məsələsi böyük ölçüdə həll edilmiş məsələdir və geri dönüşü yoxdur. Ekspertə görə, Türkiyənin İsveçdəki PKK-lı terrorçu və fetoçuların geri verilməsi tələbləri tədricən yerinə yetirilir:
"İsveç və Finlandiyanın başqa çıxış yolları da yoxdur. Rusiya qorxusu onları çox narahat edib. İsveçin yeni baş naziri seçilən kimi Türkiyəyə gəldi və dünyanın gözü önündə mətbuat konfransında buna söz verdi.
Terrorçuları himayə etməyin İsveçin təhlükəsizliyini təmin etməkdən vacib olmadığını söylədi. Bundan sonra Türkiyədə həbs cəzası almış, amma İsveçdə gizlənən ilk terrorçu Türkiyəyə təhvil verildi. Görünən odur ki, İsveç baş naziri sözünə əməl etməyə başlayıb. Təbii ki, proses ləng gedir. Türkiyə bundan narazıdır. Ona görə bu ölkələrin NATO-ya üzvlük məsələsinin TBMM-də təsdiqini ləngidir. İsveç bu yolda Türkiyəyə tətbiq etdiyi silah embarqosunu da qaldırıb. Hiss edilir ki, müsbət irəliləyişlər vardır. Finlandiya da əslində İsveçə nisbətən Türkiyənin razılığını almış ölkədir. Onun üzvlük məsələsi daha çox həll edilmiş məsələdir. Sadəcə, Türkiyə Finlandiyanın üzvlük məsələsini tez həll edib əlini zəiflətmək istəmir. İki ölkəni də eyni məsafədə tutmaqla tələblərinə daha tez çatmağı planlaşdırır".
Analitik vurğulayıb ki, bu ölkələr ən azı NATO-ya üzv olmaq üçün müvəqqəti də olsa, terrorçulara dəstəyi kəsəcək:
"Amma sonrakı proseslərdə İsveçin eyni əməllərini davam etdirəcəyinə təminat vermək olmaz. Bunun belə olacağına Amerika, Fransa və digər NATO ölkələrinin əməllərinə baxmaqla fikir söyləmək olar. Amerika indi PKK-nın əsas dəstəkçisi və silah təminatçısıdır. Doğrudur, onlar PKK-nın adını dəyişib başqa adlar qoyublar, amma mahiyyət eyni qalıb.
Türkiyədə İstanbulun İstiqlaliyyət küçəsindəki son bombalı terror aktını törədən terrorçu qadının Amerikanın nəzarətində olan Suriyanın Kobani bölgəsindən gəldiyi, orada təlim keçdiyi, təlimat aldığı sübut olundu. Belə halda İsveçin və Finlandiyanın sözlərinə əməl edəcəklərinə inanmaq çətin məsələdir.
Türkiyə də bunu bilməmiş deyil. Ankara onların NATO üzvlüyünə veto qoymaqla Amerikanın planlarını pozmağa çalışır, onu geri çəkilməyə məcbur etmək istəyir. Bu baxımdan iki ölkənin üzvlük məsələsinin həll edilməsi Amerikanın addımlarından daha çox asılıdır.
Türkiyənin hazırda Suriyanın Menbiç, Tel-Rıfat, Anəl-əl-Arab (Kobani), Ayn-Nisa bölgələrində quru qoşunları ilə keçirmək istədiyi antiterror əməliyyatının baş tutması İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini sürətləndirə və həll edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm