"Ukraynadakı müharibədə Rusiyanın yanında olan dövlətlərdən biri də İrandır" - RƏY
10:44 11.09.2023
Aktual
591
"Cənub qonşumuz Şimal qonşumuza hərbi texnika və dronlar da verir"
İran Rusiyaya PUA-lara əlavə olaraq yaxın və uzaqmənzilli raketlər vermək niyyətindədir. Bunun müqabilində isə Rusiya İrana İsrailin varlığını təhlükə altına sala biləcək silahlar ötürə bilər. Bunu MOSSAD-ın rəhbəri Devid Barni deyib.
“Ehtiyat edirik ki, ruslar iranlılara çatışmayan texnikalar müqabilində bizim dincliyimizi və bəlkə də burada mövcudluğumuzu təhlükə altına qoyacaq qabaqcıl silahlar verəcəklər”, - o bildirib.
İran rejiminin İsrailə ölüm şüarı səsləndirdiyini deyən politoloq Sədrəddin Soltan "Sherg.az"a vurğulayıb ki, rəsmi Tehranın bütün məqsəd və hədəfləri bunun ətrafında cəmləşib:
"Ukraynadakı müharibədə Rusiyanın yanında olan dövlətlərdən biri də İrandır. Cənub qonşumuz Şimal qonşumuza hərbi texnika və dronlar da verir. Rejimin əsas hədəfi isə həm də İsraildir. Bunu üçün də Livandakı "Hizbullah" qruplaşmasını dəstəkləyir. Hətta "Hizbullah"la İsrail arasında dəfələrlə silahlı toqquşma olub. Bu baxımdan Rusiya Ukrayna cəbhəsində böyük məğlubiyyətlə üzləşərsə, ehtimal var ki, Kreml İranın və ya "Hizbullah"ın vasitəsilə ABŞ-nin orta Şərqdəki ən yaxın müttəfiqi İsrailə problemlər yaratsın. Onsuz da İran və Rusiya arasında hərbi əməkdaşlığa dair anlaşma var və iki ölkə arasında ticarət davam edir. Hətta illər öncə İran Rusiyadan "S-300" raket kompleksi də almışdı. Onda bu məsələ ətrafında çox böyük qalmaqal yarandı".
Analitikin sözlərinə görə, Rusiyanın İrana hərbi texnika ötürməsi beynəlxalq ictimaiyyətin tədbiq etdiyi sanksiyanın pozulmasıdır:
"Bu vəziyyətdə isə Kremlin özü də yeni sanksiyalarla üzləşə bilər. Yəni rəsmi Moskva bu hərəkətlə özünə yeni bir cəbhə aça bilər. Bu isə Şimal qonşumuz üçün böyük fəlakətə səbəb ola bilər. Hətta Rusiyanın arxasında duran Çinin belə geri çəkilməsi mümkündür. Ümumiyyətlə İsrailə İran təhlükəsi hər zaman var. Ancaq Rusiyanın indiki şəraitdə Tehran rejiminə yardım etməsi ehtimalı azdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm