UNICEF uşaqların sağlam inkişafı üçün sevgi dolu ailə mühitinin vacibliyini vurğulayaraq valideynlərə daha çox dəstək göstərilməsinə çağırıb. Qurum bildirib ki, uşaqların fiziki və psixoloji inkişafında valideynlərin rolu əvəzsizdir.
Sherg.az xəbər verir ki, UNICEF-in açıqlamasına görə, xüsusilə uşaqlarını tək böyüdən valideynlər artan iqtisadi və sosial çətinliklərlə üzləşirlər. Təşkilat qeyd edib ki, valideynlik yalnız ailələrin deyil, həm də dövlət və cəmiyyətin dəstəkləməli olduğu bir məsuliyyətdir.
Qurum uşaqların sağlam gələcəyi üçün valideynlərə yönəlmiş sosial dəstək proqramlarının genişləndirilməsinin vacib olduğunu vurğulayıb.