
Volkov bayraq məsələsi ilə spekulyasiya edib:“Təşkil olunmuş təxribatdır”
Yusif Nəzərli
13:53 05.08.2022
Aktual
684
Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov Qarabağın erməni icmasının nümayəndələri ilə görüşüb. Görüş zamanı general son baş verənlərlə bağlı sülhməramlı kontingentin mövqeyinə aydınlıq gətirib,görülən işlər barədə məlumat verib. Görüşdə diqqət çəkən məqamlardan biri də müharibədən sonra ilk dəfə Azərbaycan bayrağının masada qoyulması olub. Xatırladaq ki, indiyə qədər sülhməramlılar separatçıların qondarma “bayrağı” ilə poz verirdilər.

Politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu bu barədə “Sherg.az”a danışarkən bildirib ki, Rusiya sülhməramlılarının komondanı bayraq məsələsi ilə bir növ spekulyasiya edir:
“Həmin masanın üzərində dörd bayraq var: Rusiya Silahlı Qüvvələri, Rusiya, Ermənistan və Azərbaycanın. Burda rus sülhməramlılarının nümayəndəsi həmin bayraqları qarşısına düzməklə məsələnin nahiyyətini kölgədə saxlamaq istəyir. Beləcə ordakı erməni icması deyilən əhalinin nümayəndələri ilə danışdığı məsələlər qıraqda qalır, bütün diqqət də bayraqlara yönəlir. İndi bizi düşündürən məqam orda Azərbaycan bayrağının deyil, Ermənistan bayrağının masaya qoyulması olmalıdır. Bu, bizim üçün ciddi məsələdir”.
Poliotoloq düşünür ki, bu ssenari üzərində öncədən yaxşıca işlənilib mahiyyəti isə belədir:
“Ermənistan tərəfində masadakı Azərabaycan bayrağı erməni icmasının müqəddəratı necə olacaq? – sualı ətrafında, Azərbaycan tərəfində isə masadakı Ermənistan bayrağı bizim torpağımızda masaya niyə erməni bayrağı qoyulub?- sualı ətarfında spekulyasiya başladılsın. Bu məqsədli şəkildə təşkil olunmuş kiçik təxribatdır”.
Ə.Oruclunun qənaətincə, burda əsas məqsəd həmin görüşdə nələrin danışıldığını arxa planda saxlamaq olub və görünən odur ki, təşkilatçılar bunu bacarıblar:
“Çünki erməni, eyni zamanda, Azərabaycan mətbuatında sözügedən görüşlə bağlı məlumat yox dərəcəsindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət