Xarici ekspertlərdən Tehrandakı Səfirliyimizdə törədilmiş terror aktına MÜNASİBƏT
Yusif Nəzərli
15:44 31.01.2023
Aktual
363
Xarici ekspertlər və jurnalistlər Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı xaincəsinə törədilmiş terror aktını regiondakı sülh və normallaşma prosesinə mane olmaq cəhdi kimi qiymətləndirirlər.
Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Britaniyalı jurnalist və ekspert Neil Vatson, “Dona Gracia” Diplomatiya Mərkəzinin baş direktoru Reyçel Avraham, Fransadakı Diplomatiya və Dialoq üçün Beynəlxalq Şuranın (İCDD) direktoru Erik Gozlan, Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Fabiana Ceyhan terror aktını pisləyiblər və Səfirliyimizin təhlkəsizlik xidmətinin rəisi Orxan Əsgərovun həlak olması ilə əlaqədar onun ailəsinə başsağlığı veriblər.
Neil Vatson hesab edir ki, İran Azərbaycan‒Ermənistan münasibətlərinin normallaşmasının istənilən perspektivini puça çıxarmaq istəyir, çünki bu, Azərbaycanı regionda daha güclü edəcək. “İran rejimi Azərbaycan‒Türkiyə müttəfiqliyini sarsıtmaq istəyir və İsrailə Cənubi Qafqazda müttəfiq qazandıran güclü Azərbaycan‒İsrail münasibətini sevmir. İran beynəlxalq qanunları və ya təşkilatları saymır”, ‒ deyə N.Vatson vurğulayıb.
Reyçel Avraham xatırladıb ki, bu dəhşətli hücum İranın terrorizmin himayədarı olmasının daha bir nümunəsidir. “İran 1979-cu ildə Amerika səfirliyinə, 1992-ci ildə İsrailin Argentinadakı səfirliyinə hücum edib, indi – 2023-cü ildə – Azərbaycanın İrandakı səfirliyini hədəf alıb”.
Terror aktından məyus olduğunu bildirən Erik Gozlan nəzərə çatdırıb ki, terror qorxaqların, arqumenti olmayanların və sülhdən imtina edənlərin silahıdır. “Bəzi insanlar Qafqazda sülhü istəmir, lakin bu, hər şeydən əvvəl İranın bu münaqişədə iştirakını göstərir. Avropa və Birləşmiş Ştatlar anlamalıdır ki, İran Qafqazda müharibə oyunu oynayır və onlar nəhayət molla rejiminə yaxın olanların hamısının bu prosesdən kənarlaşdırılmasını tələb edərək, sülhə təkan verməlidir”, ‒ deyə ekspert beynəlxalq birliyi hərəkətə keçməyə çağırıb.
Oxşar xəbərlər
Yeraltı keçidlərdən istifadə etmək artıq mümkün deyil - Memardan təcili qadağa çağırışı
14:22 03.07.2026
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Xəbər lenti
Hamısına bax
Rusiyada Putinə qarşı açıq etirazlar başladı
19:36 04.07.2026
Dünya
Ankara NATO Zirvəsinə hazırlaşır: Proqram açıqlanıb
19:33 04.07.2026
Gündəm
Pezeşkian şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”
19:24 04.07.2026
Region
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya
NATO təyyarəsi Rusiya yaxınlığında uçuş həyata keçirdi
15:12 04.07.2026
Dünya
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
14:56 04.07.2026
Ekologiya