Xoyda zəlzələ, gözü bizdə olanlar var
Yusif Nəzərli
10:34 31.01.2023
Aktual
495
Güney Azərbaycandakı soydaşlarımız kimsəsiz olduqlarını hiss etməməlidir
"Azərbaycan dövləti və vətəndaş cəmiyyəti Güneydə gözü bizdə olan soydaşlarımızla bağlı xüsusi yardım proqramı hazırlasa, yaxşı olar"
İranın şimal-qərbində, Qərbi Azərbaycan əyalətində 5,9 bal gücündə zəlzələ baş verib. Xoy şəhərində ciddi dağıntılar olub. Güclü zəlzələdə minə yaxın insanın yaralandığı, onlarla insanın həyatını itirdiyi barədə məlumatlar yayılıb. Bölgədə elektrikin kəsilməsi və qar yağması axtarış-xilasetmə işinə mənfi təsir göstərib. Zəlzələnin Türkiyə, İraq, Ermənistan və Azərbaycanda da hiss olunduğu bildirilib. Ümumən, böyük və kiçik 40-dan çox yeraltı təkanlar yaşandığı üçün yerli sakinlər evlərini tərk ediblər. Zəlzələnin Türkiyə, İraq, Ermənistan və Azərbaycanda da hiss olunduğu bildirilib.
Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib. Məsələ ondadır ki, Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən zəlzələ zamanı zəzərçəkənlər taleyin ümidinə buraxlıb. Güney Azərbaycandan verilən məlumata görə, İran hakimiyyəti zəlzələ nəticəsində zəzərçəkənlərə heç bir yardım verməyib. Zəlzələ zamanı evləri dağlmış insanlar üçün konteynerlər quraşdırılmayıb. İnsanlar qışın soyuğunda çadırlarda gecələməli olublar. Yerli sakinlər deyiblər ki, "İran hakimiyyəti büdcənin pullarını “Hizbullah”a və digər terror təşkilatlarının maliyyələşdirilməsinə xərcləyir. Zəlzələ nəticəsində evləri dağılanlar isə yada düşmür, onlar taleyin ümidinə buraxılıb". Yəni Güney Azərbaycanın zəlzələ baş vermiş bölgəsində insanların acınacaqlı vəziyyəti hökm sürür. Molla rejimi şaxtalı havada qazsız və elektriksiz çadırda gecələyən insanların fəryadını eşitmək istəmir.
Politoloq Turab Rzayev deyib ki, Güney Azərbaycandakı soydaşlarımız kimsəsiz olduqlarını hiss etməməlidir. Ekspert bildirib ki, Xoy və ətraf ərazilərdə ard-arda bir neçə yüksək ballı zəlzələ qeydə alınıb və insanlar qışın soyuğunda çöldə qalıblar:
"Tapdıqları çadır isə çox nazik, heç bir şəraiti olmayan çadırlardır, faktiki çöldə yatırlar. Şəhərdə 10 dərəcə şaxta hökm sürür. İran dövləti faktiki olaraq fəlakət zonasında dağıntıların miqyasını kiçiltmək, yaralı və ölənlərin sayını azaltmaqla məşğuldur. Xoy şəhərinin mərkəzi və ətraf bölgələrdə 100-dən cox kənd dağılıb, yaralı sayı rəsmi təqdim olunan 970 nəfərdən xeyli coxdur. Rəsmi 7 nəfər ölən olduğu bildirilir. Cənublu qardaşlarımız ilə birliyimiz təkcə televiziyalarda hava proqnozlarında və musiqi kliplərində yox, realda, əməldə olmalıdır. İran dövləti həmişəki kimi Azərbaycan bölgələrinə ögey münasibət bəsləyir. Azərbaycan dövləti və vətəndaş cəmiyyəti Güneydə gözü bizdə olan soydaşlarımızla bağlı xüsusi yardım proqramı hazırlasa, yaxşı olar. Bu arada XİN fəaliyyətini şəxsən təqdir edirəm. Tehrandakı səfirliyin fəaliyyəti dayandırılsa da, 5 nəfər texniki işçi qalıb, vətəndaşların problemi ilə məşğul olacaq. Eyni zamanda Təbrizdəki konsulluğumuzun da fəaliyyəti davam edəcək ki, bu, xüsusilə təqdirəlayiq haldır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman