Yaşın nə fərqi var ki? - Jurnalist “yanıb tökülür"!
Yusif Nəzərli
11:19 17.05.2023
Aktual
768
"37 yaşlı kişi ilə 13 yaşlı uşağı nişanlanmaq birbaşa pedofillikdir. Bunun başqa adı yoxdur ".
Bunu "Sherg.az"a jurnalist Günəş Mərd 13 yaşlı qızın 37 yaşlı kişi ilə nişanlanmasından danışarkən deyib. Həmkarımız vurğulayıb ki, pedofiliya təkcə Azərbaycanın yox, bütün dünyanın problemidir:
"Tutaq ki, qızın anası məcbur qalıb, həbsdən çıxacaq ərinin onlara yaşadacaqlarından qorxduğu üçün belə bir addım atıb. Bəs oğlanın anasının ağlı harada idi?! Necə belə bir cinayətə göz yuma bilib?! Hələ utanmazcasına açıqlama da verib,
“Nişanlanmaq evlənmək deyil”, deyib. Guya heç kim prosesin hara getdiyini bilmir. Məsələ gündəmə gəlməsə idi, bəlkə də, üç gün sonra artıq toy olacaqdı. 13 yaşlı bir uşaq bədbəxtliklə üzləşib, Zaurun, Xoşqədəmin verilişlərinin daha bir iştirakçısı artacaqdı".
G.Mərd diqqətə çatdırıb ki, məsələnin digər ciddi tərəfi sözügedən azyaşlının təhsildən yayındırılmasıdır:
"Məlumata görə, o, 3-cü sinfə qədər məktəbə gedib. Oxumaq istədiyini bildirsə də, "ailə"si imkan verməyib. Həmin yaşda bütün günü evdə anasının yanında oturub, türk seriallarına baxan bir uşağın “başını bişirmək” əlbəttə, daha asandır. Axı onlara sərf etməyib, niyə imkan versinlər ki?! İl olub, 2023.
Bu bədbəxt adamlar hələ də təhsilin əhəmiyyətini anlamayıblar. Məlum məsələdə qızın çıxarıldığı məktəbin rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Ümid edək, məsuliyyətə cəlb olunacaq. Digər bir tükürpədici məqam isə hadisənin Bakıda baş verməsidir. Avropaya səs salan, gözoxşayan binaları, restoranları, hotelləri, yolları olan Bakıda. Hər il yüzlərlə məktəb binasının təmir olunduğu Bakıda. Adam yanıb tökülür".
Qeyd edək ki, Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb. Hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi