Yeni mərhələ! – “Güney Azərbaycan Cümhuriyyətinin yaranması vaxtı yetişib”
Yusif Nəzərli
13:59 05.11.2022
Aktual
423
“Bu bir neçə il ərzində ola bilər və reallaşdırmaq üçün əl-ələ verib çalışmalıyıq"
“Güney Azərbaycandakı posterlərin yayılması və Azərbaycan prezidentinə dəstək verilməsi gözlənilən idi. Çünki orada bir oyanış, özünə qayıtma var və Azərbaycan gəncliyində, Türk milli kimliyinə önəm vermə prosesi başlayıb”.
Bunu “Sherg.az”a açıqlamasında GünAz TV rəhbəri, siyasi şərhçi Əhməd Obalı Cənubdakı soydaşlarımızın Prezident İlham Əliyevə dəstək mesajları və şüarlar səsləndirməsinə münasibət bildirərkən deyib.
O bildirib ki Azərbaycan Prezidentinin TDT rəhbəri ilə görüşdə Dünya Azərbaycanlarına dəstəyi, Güneydəki milli ruha təkan verdi:
“Mərhələli getsək, 1990- cı illərdə Azərbaycan Respublikasının yenidən bərpa olunması, Azərbaycançılıq ideyasına böyük təkan verdi. Ondan sonra Güney Azərbaycanda tələbələrimizin farslardan ayrılaraq, Güney Azərbaycan tələbə gününü təyin etmələləri və 2006- cı ildə 4 milyon insanın yığılaraq "Azərbaycan var olsun, istəməyən kor olsun" söyləməsi yeni bir mərhələnin başlanğıcı oldu. İkinci Qarabağ savaşından əvvəl, Azərbaycanda zəlzələ olmuşdu və İran buna laqeyd qalmışdı. Xalq isə bunun üstündə ayaqlandı və onları məcbur etdi ki, Qaradağ zəlzələsinə kömək etsin. İkinci Qarabağ savaşında yəni 2020- ci ildə artıq Güney Azərbaycanda yeni bir mərhələ başladı.
Əvvəla İranın millətin gözünün qabağında Ermənistana silah göndərməsi, bizə çox ağır gəldi. Bu səbəblə də etirazlar etdik və yüzlərlə insanımız həbs edildi. Onlardan bəziləri hələ də həbsdədir, bəziləri isə məhkəmələrdə get-gələ məcbur edilir. Azərbaycan ordusunun qələbəsindən və Şuşanın alınmasından sonra Ermənilərin 10 noyabr kapitulyasiyasına imza atması, Güneydəki soydaşlarımıza daha çox ruh yüksəkliyi gətirdi.
Nəhayət Azərbaycanla Türkiyə arasındakı Şuşa bəyannaməsindən sonra, artıq biz hiss elədik ki, Azarbaycan tamamən sığortalanıb. Bunların içində ən çox milli ruha təkan verən isə Azərbaycan prezidentinin TDT rəhbəri ilə görüşündə, dünya Azərbaycanlılarına vediyi dəstək mesajı idi. Çünki orada çox incə xırdalıqlara toxunuldu. Prezident İlham Əliyev əlimizdən gələn dəstəyi verəcəyik dedi. Bu isə artıq Güneydə yeni bir reallığı ortaya qoydu. Bu çıxışdan sonra, Güneyli Azərbaycanlılar daha çox meydana çıxdılar və əsas şüarımız da "Azadlıq", "Ədalət", "Milli hökumətdir". 2004-cü ilin axırında GünAz TV nin açılışı ilə ilk dəfə Güney Azərbaycanda 24 saatlıq da olsa müstəqil televiziyamız oldu. Bu gün də yerli media qurumları Güney Azərbaycanın səsini dünyaya çatdırmalıdır”.
Analitikin sözlərinə görə, gedişat Güney Azərbaycanın oyanmasına daha da çox yardımçı olacaq:
“İndi isə artıq elə bir mərhələyə çatmışıq ki, güneyli soydaşlarımız Azərbaycan dövlətindən mənəvi dəstəklə yanaşı, sistem yaratmaq üçün konkret əməl görmək istəyirlər. Bunun olacağına isə inanıram. Yəni Azərbaycan prezidentinin Güney Azərbaycana ünvanlanmış dəstək mesajının bir sıra əməllərlə davam edəcəyini düşünürəm. Əlimizə tarixi bir fürsət düşüb. Güneydə və İranın digər yerində etirazlar davam edir. Bu etirazların nəticəsində İran bir az da zəifləyir. Onlar zəiflədikcə biz də fürsətdən yararlanaraq öz milli dövlətçiliyimizin reallaşması üçün addım atmalıyıq. Artıq Güney Azərbaycan Cümhuriyyətinin yaranma vaxtı yetişib. Bu bir neçə il ərzində ola bilər və reallaşdırmaq üçün əl-ələ verib çalışmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə