Yeraltı keçidlərdən istifadə etmək artıq mümkün deyil - Memardan təcili qadağa çağırışı

  • “Qulaqbatırıcı səs-küyün əlindən insanlar keçidə düşməmək üçün yolu avtomobillərin arasından keçir”

Paytaxtımızda səs kirliliyi ən yüksək həddə çatıb. Hara addım atırsan, qulağln səs-küydən tutulur. Metro çıxışlarında telefon və aksesuarları satan köşklər də mahnılar səsləndirir, disk-kaset satanlar da. Yeraltı keçidlər də sanki konsert salonudur.

Küçə musiqiçiləri dünyanın hər yerində var. Amma küçədə. Daha akustikası olmayan keçidlərdə yox. Küçə musiqisidir deyib, nə gəldi, necə gəldi ifa etmək musiqiyə təhqirdir. Təəssüf ki, şəhərimizdə bir çox məsələlər kimi küçə musiqisi də təynatından kənardı. Vətəndaşlar yeraltı keçidlərdə musiqinin yüksək səslə ifa olunmasından narazılıq edirlər. Sosial şəbəkələrdə bu barədə rəylər var: 

Yana Sinyakayeva - Bayaq yoldaşımla Sahildə keçidə endik, bulvara getmək üçün. Qız oxuyurdu, daha doğrusu çox ucadan qışqırırdı. Diskomfort və narahatçılıq hətta ortaya çıxdı, çox tez keçmək istədim.. Mən də yoldaşımla keçidlərdəki səs-küyün idarə olunub-olunmadığını müzakirə etdim. Kiminsə başı ağrıyar, uşaq arabasında uşaqlar yatır…Amma xoş, sakit musiqi üçün yalnız dəstək oluram, bəzən hətta dayanıb qulaq asıram. Mülayimlikdə hər şey yaxşıdır.

Jamil Huseynzada: - Mən metroya dəfələrlə şikayət etmişəm, aidiyyəti şəxslərə də birbaşa demişəm. Şikayəti ciddiyə almayıblar. Akustika sistemi olamyan, səs-küylü yerdə əlavə musiqi səsləndirirlər və çox vaxt da kədərli mahnılar olur. Retro janrdadır deyə bir mahnı yaxşı mahnıdır demək deyil.

Fatima Aliyeva: - Yaxşı musiqinin insanları kar etməyə ehtiyacı yoxdur. Mədəniyyət başqalarına hörmətdən başlayır. Bu başqalarının rahatlığının pozulmasıdır... 

E-Meal Hasanov: - Səsgücləndiriciləri çıxarın və repertuarı idarə edin. 

Zaur Akhmedzadeh: - Və alət qabını düz ortaya qoyurlar, ya ətrafında gəzməlisən, ya da üstündən keçməlisən. Çox ölkələrdə olmuşam, xaricdə yaşamışam, xeyli küçə musiqiçisi görmüşəm, amma bizim küçə musiqiçilərindən gördüyüm mədəniyyətsizliyi heç yerdə görməmişəm.

Nərgiz Məmmədağalı: - Ümumiyyətlə fon musiqisi anlayışı çoxluğa izah edilsə pis olmaz. Əhval-ruhiyyə budur və əminəm ki, papaq heç vaxt boş qalmaz. Yol boyu restoranlarda sürücülərdə də. Və restorana getməzdən əvvəl öyrənməyə başlayırsan ki, bəlkə masa arxasında insanları eşidirsən və ya musiqinin fasiləsiz mırıldandığını

Dilara Kerimova: - Tamamilə haqlısınız. Xüsusilə də "Sahil" metrosunun ətrafında o qədər səs-küylü ifa edirlər ki, elə bil nağara qırılır. Keçidlərdə musiqiyə qarşı deyiləm, amma xoş fon olsun, sağlamlığa ziyan verməsin. 

Məsələ ilə bağlı “Sherg.az”a fikirlərini bildirən sənətşünaslıq üzrə elmlər doktoru, memar Elçin Əliyev qeyd etdi ki, yeraltı piyada keçidlərindən istifadə etmək artıq qeyri-mümkün hala gəlib: 

- Yeraltı keçidlərdən istifadə etmə, demək olar, mümkün deyil. Piyadalar və şəhərimizin qonaqları özlərini «musiqiçi» adlandıran, lakin çox vaxt nə elementar mədəniyyətə, nə də ətrafdakılara hörmətə malik olmayan insanların girovuna çevriliblər. Yeraltı keçidlər kimi qapalı məkanlarda səs gücləndiricilərindən istifadə təcili şəkildə qadağan edilməlidir. İnsanlar qulaqbatırıcı səs-küy içində hərəkət etməyə məcbur qalırlar, bəziləri isə artıq yeraltı keçidə düşməmək üçün yol hərəkəti qaydalarını pozaraq küçəni birbaşa avtomobil yolundan keçməyə üstünlük verirlər. Yeraltı piyada keçidləri hamı üçün təhlükəsiz və rahat məkan olmalıdır, şəhər sakinlərini və qonaqları yüksək səslə narahat edən yerlərə çevrilməməlidir.