“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşıb - Foto
14:29 28.06.2021
Aktual
531
“Bakı Ekspo Mərkəzi”ndə təşkil olunan “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşıb.
"Report" xəbər verir ki, yarımfinal mərhələsinin ikinci gününü “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev açaraq iştirakçılara uğurlar arzulayıb.
Keyslər üzərində iş formatında keçirilən yarımfinalın ikinci günündə iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirakçılar üçün “Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Nazir çıxışında ölkə iqtisadiyyatı üzrə əsas iqtisadi göstəricilər, milli iqtisadiyyatın inkşafına və dayanıqlılığına təkan verən islahatlardan bəhs edib. Daha sonra iştirakçılara kiçik qruplar daxilində müzakirə üçün mövzular təqdim edilib.
Təqdim edilən tapşırıqlar əsasında iştirakçıların strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi, sosial məsuliyyət, innovativliklərin tətbiqi bacarıqları ekspertlər tərəfindən qiymətləndirilib. Yarımfinal mərhələsində uğurla iştirak edən 100-ə yaxın iştirakçı finala keçmək hüququ qazanacaq.
Qeyd edək ki, yarımfinal mərhələsindən öncə müsabiqənin İşçi qrupu heyəti, idarəçi rəhbərlər, iştirakçılar COVID-19 testindən keçiblər.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm