Zakir Həsənov açılış etdi - FOTO
08:09 29.12.2019
Aktual
411
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələrdə yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə Müdafiə naziri Ulu öndər Heydər Əliyevin “N” hərbi hissəsinin yeni inşa edilən qərargah binasındakı büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib, “Fəxri ziyarətçi və qonaqlar” kitabını imzalayıb.
Yeni bina ilə tanış olan nazirliyin rəhbərliyinə burada yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, üçmərtəbəli qərargah binası 70-dən artıq xidməti və inzibati otaqdan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Bina mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilib.
Ərazidə abadlıq işləri aparılıb, yaşıllaşdırma sahəsi salınıb və 2500 müxtəlif növ ağac əkilib.
Sonra nazirliyin rəhbərliyi daha bir hərbi hissədə yeni inşa edilən ikimərtəbəli qərargahda və əsaslı təmirdən sonra istifadəyə verilən tibb məntəqəsində olub.
Bildirilib ki, qərargahdakı 35-dən artıq inzibati və xidməti iş otağı mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri, lazımi mebel və avadanlıqla təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, 650 müxtəlif növ ağac əkilib.
İkimərtəbəli tibb məntəqəsi barədə də məlumat verilib. Bildirilib ki, müasir tibb avadanlığı ilə təchiz olunan məntəqə qəbul, təxirəsalınmaz təcili yardım, funksional diaqnostika, növbətçi həkim, ordinator, stomatoloji, prosedur və digər otaqlardan, eləcə də palatalardan, əşya anbarından, aptek və yeməkxanadan ibarətdir. Ərazidə abadlıq işləri aparılıb.
Tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib, şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb və qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm