Zaur Əliyev: “Xəstəxanada göstərilən tibbi xidmətlərin düzgün qeydiyyatı aparılmalıdır”
19:48 29.12.2019
Aktual
546
Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində gələn ilin birinci rübündə icbari tibbi sığortanın tətbiq ediləcəyi 23 regionun tibb müəssisələrinin rəhbər heyəti ilə görüş keçirilib.
Agentlikdən verilən məlumata görə, görüşün keçirilməsində məqsəd rəhbər heyəti icbari tibbi sığorta sisteminin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı məlumatlandırmaq olub.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 2020-ci il ərzində icbari tibbi sığortanın ölkə üzrə mərhələli şəkildə tətbiqi və bu istiqamətdə görülən hazırlıq işləri barədə danışıb: “İcbari tibbi sığorta 4 mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə sizin rəhbərlik etdiyiniz tibb müəssisələrində tətbiq ediləcək. Bu baxımdan sizin üzərinizə böyük məsuliyyət düşür. İcbari tibbi sığortanın uğurlu tətbiqi üçün ilk növbədə xəstəxanada göstərilən tibbi xidmətlərin düzgün qeydiyyatı aparılmalıdır. Vətəndaşların tibbi xidmətlərə əlçatanlığı və tibbi xidmətlərin peşəkar tibbi kadrlar tərəfindən göstərilməsi təmin edilməlidir”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı TƏBİB-in strukturu, tibb müəssisələrində mövcud olan çatışmazlıqlar və xəstəxanaların idarəedilməsində tətbiq ediləcək yeniliklər barədə danışıb. O bildirib ki, tibbi kadr potensialının artırılması istiqamətində atılan addımlar 3 il ərzində ölkədə tibbi kadr çatışmazlığı problemini aradan qaldırmağa yönəlib.
İclasda rəhbər heyətin sualları cavablandırılıb və görüləcək işlər müzakirə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm
Xalq artisti Aleksandr Şarovski vəfat edib
10:03 09.09.2026
Mədəniyyət