Zelenski iqtidarı çox qala bilməyəcək
Yusif Nəzərli
14:26 07.12.2022
Aktual
508
Ukrayna lideri artıq Qərbin istəklərini geri çevirir
“Bəzi beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Rusiya ilə sülh danışıqları istisnadır”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times”a müsahibəsində deyib. O bildirib ki, Rusiya ilə danışıqlar məsələsində rəsmi Kiyevlə Qərbin maraqları fərqli ola bilər: “Rusiyanın müharibə cinayətləri Ukrayna ictimaiyyətini Moskva ilə kompromislərlə bağlı daha sərt mövqe tutmağa vadar etdi. Bəzi müttəfiqlər Ukraynanın Krımı azad etmək cəhdinin nüvə eskalasiyasının başlanmasına səbəb olacağından ehtiyat edirlər”.
Zelenskinin açıqlamasını "Şərq"ə dəyərləndirən AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli bildirib ki, Zelenski ya "ulduz" xəstəliyinə tutulub, ya da proseslərdən dolayı həddindən artıq iddialı şəxsə çevrilib.
Analitikə görə, Ukrayna Prezidenti Rusiya ilə sülhü, müharibəni dayandırmağı xalq qarşısında verdiyi sözlərdən, vədlərdən ger çəkilmək kimi görür:
"Zelenski özü də etiraf edir ki, Qərb Kiyevin Moskva ilə masa arxasına əyləşməsini istəyir. Ancaq Ukrayna Prezidenti bundan imtina etdiyini söyləyir. Birmənalı bildirir ki, Kiyev sülhə getməyəcək.
Əlbəttə, bu, mümkündür. Amma Zelenski Rusiyadan gələn təklifləri deyil, Qərbin istəklərini geri çevirir. Ukrayna rəhbəri unutmamalıdır ki, onu hakimiyyətə daşıyan layihənin müəllifləri Qərb ölkələridir.
2014-cü ildən başlayan proseslərin memarı Ukraynanı Rusiyadan uzaqlaşdırmağa çalışan ABŞ-dir. Bunların hamısı əvvəlcədən yazılmış ssenarilərdir.
Maraqlıdır ki, Ukraynanı silah-sursatla, maliyyə ilə təmin edən də məhz Qərbdir. Düşünün, Qərb Ukraynaya silah dəstəyini dayandırsa, Kiyev əlindəki imkanlarla Rusiyaya qarşı nə qədər müddət dayana bilər?
Əlbəttə, Ukrayna xalqı cəsarətlidir, öz vətənləri uğrunda döyüşürlər, amma burada Qərbin hərtərfəli dəstəyi böyük əhəmiyyət kəsb edir.
Hesab edirəm ki, Qərb Moskva ilə ciddi şəkildə danışıqlara başlamağa qərar versə və Kiyev bundan israrla imtina etsə, Zelenski iqtidarı çox qala bilməyəcək. Nəticədə Ukraynada hakimiyyət dəyişikliyi baş verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm