1 saat da geciksəydi...

Oyandığında barmaqları bu halda idi
Kanadada mənfi 30 dərəcə soyuqda içdiyi spirtdən 3 saat sonra ayılan gənc qadın sonra özünə gəldiyində gördüyü şeyə inana bilmədi. Soyuqdan tanınmaz hala gələn əlləri son anda qurtarıldı.
Avstraliyalı turist bir qadın Kanadada getdiyi bir barda gecə 02.30-a qədər içki içdi. Olduqca sərxoş olan gənc qadın siqaret çəkmək üçün çölə çıxdı. Ancaq geri dönməyən qadın küçədə qaldı. 3 saat boyunca yerdə yatan qadın turist ətrafdakılar tərəfindən tapılıb xəstəxanaya qaldırıldı. Qadının bütün barmaqları donmuş halda idi. Xəstəxanada müdaxilə edildi, donaraq ölməkdən qurtarılan qadının, barmaqları da əməliyyat edildi. Həkimlər 1 saat da gecikməsi halında qadının bütün barmaqlarının kəsilməsi lazım olacağını, ancaq xoşbəxtlikdən xilas olduğunu söylədi.