10 aylıq Asiya boğuldu

Boyuna yelləncək ipi dolanan körpəni xilas edə bilmədilər
Antaliyanın Muratpaşa qəsəbəsində boğazına yelləncək ipi dolanan 10 aylıq Asiya Gişi, həyatını itirdi. Hadisə, səhər erkən saatlarda baş verib.
İkisi də oteldə işləyən Anna - Məmməd Gişi cütlüyüünün 2 uşağından biri 10 aylıq Asiya, oynaması üçün otağındakı yelləncəyinə qoyuldu. Bu zaman yıxılan Asiyanın boyuna yelləncəyin ipi dolandı. Səsə qızının otağına gedən Məmməd Gişi, nəfəs almaqda çətinlik çəkən qızını ipdən qurtararaq dərhal Atatürk dövlət xəstəxanasına apardı. Körpə, təcili xidmətdə edilən müdaxiləyə baxmayaraq qurtarıla bilmədi. Qazaxıstan vətəndaşı olan Anna Gişi, acı xəbərlə sinir böhranı keçirdi. Körpə Asiyanın cənazəsi, Antaliya Ədli Tibb Təşkilatında yarıldıqdan sonra atası Məmməd Gişi tərəfindən alındı. Körpənin ölüm səbəbinin boğulma olduğu ifadə edildi. Ata Gişi, Asiyanın cənazəsini evinə apardı. Ana və atasının istəyi ilə körpə, həyatını itirdiyi yelləncəyin yanında olan beşiyinə qoyuldu. Ana və ata, uşaqlarını beşiyində soncu dəfə yellədi.
Ana Anna Gişi, uşağını son dəfə öpərək, "Gözəl, gözəl yat, qızım” deyərək ağladı.