10 min adam gözləyir

Londonun ilk çılpaq restoranı açılır
İyunda Londonda İngiltərənin ilk çılpaq restoranı açılır. Bunyadi adlı restorana indidən 10 min adam növbəyə yazılıb.
Hind dilində "təməl, təbii” mənasını verən restoran üç ay xidmət edəcək. "Bunyadi” internet saytı müştərilərini "gerçək azadlığı dadmaları üçün” dünyanın tək bir qitədən ibarət olduğu yüz milyonlarla il əvvələ aid, cib telefonlarının, lampaların, hətta geyimlərin olmadığı "sirrli bir dünyaya aparmağı” vəd edir. Restoranın sahibləri, yeməklərin də tamamilə təbii olacağını söyləyir.
42 nəfərlik restoran iki hissədən ibarətdir. Soyunma otaqlarının olacağı restoranda, soyunmaq istəməyənlər üçün də ayırı bir hissə var. Bunyadidə adam başına ortalama ödənişin 60 sterlinq (təxminən 240 TL) olacağı ifadə edilir. Restoranın digər adı "Twin Peaks”. Burada qadınlar mini ətəkdə və dərin sinə dekolteli paltarlarla xidmət edəcək. Restoranın sahibi Randy DeWitt müştərilərə xüsusi xidmət etdiklərini söyləyir və əlavə edir. Restoranın veb saytında "Twin Peaks” sizin üçün, çünki siz kişiyə xasınız” şəklində tanıtım sözlərə yer verir. Twin Peaks, anlayışını 1980-ci illərdə bu sahədə qabaqcıl olan Hooters adlı restoran şəbəkəsindən nümunə götürür. ABŞ-ın bir çox bölgəsində şöbələr açan Twin Peaks daha da böyüməyi hədəfləyir. "18 yaşından kiçiklər girə bilməz. Kamera və toxunmaq qadağandır. Yalnız nağd qəbul edilir...”