10 min nəfər işsiz qala bilər
11:10 07.09.2019
Arxiv
457
İranın cənub-şərqində yerləşən Kirman vilayətində avtomobil sənayesinə lazım olan likvidlik gələn bir ay ərzində əlavə edilməzsə, 10 mindən çox işçi işsiz qala bilər.
"Sherg az" Trend-ə istinadən bildirir ki, bunu İranın Kirman Motor Şirkətinin icra direktoru Saman Firuzi deyib.
S.Firuzinin sözlərinə görə, bu, vilayətin avtomobil sənayesinin öz fəaliyyətini dayandırmasına gətirib çıxaracaq.
İcra direktoru əlavə edib ki, bununla əlaqədar İranın Mərkəzi Bankı da məlumatlandırılıb:
"Ötən illərdə avtomobilqayırma şirkətlərinin likvidliyinin 30-50%-i bazar təmin edirdi. Son bir il ərzində bazardakı durğunluq və devalvasiya nəticəsində istehsalın ehtiyac duyduğu likvidlik 25 dəfə artıb. Likvidlik əlavə olunmadığı halda heç bir bank və ya maliyyə müəssisəsi bu qədər likvidliyi təmin edə bilməz. Ötən bir il ərzində avtomobil istehsalçıları bir tərəfdən avtomobili ziyanla satıblar.
Qeyd edək ki, İranda bir sıra avtomobil yedək hissələri idxal edilir. Ötən il İranda baş verən devalvasiya nəticəsində avtomobillərin qiyməti bir neçə dəfə bahalaşıb. Bahalaşma ilə yanaşı, İranın avtomobil bazarında böyük durğunluq yaranıb.
Ötən ildə İranda 1 ABŞ dolları 35 min rialdan 220 min rialadək bahalaşıb. Hazırda 1 dolların qiyməti 112-115 min rial arasında dəyişir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual