100 manat aliment çox azdır- "ARTIRILSIN!"




Azərbaycanda orta aylıq əmək haqqları aşağı olduğu üçün boşanan ailəyə kəsilən aliment rəsmi maaşın 25 faizi miqdarında olur. 

Bu barədə Sherg.az-a alimentlərin azlığından danışarkən iqtisadçı ekspert Natiq Cəfərli bildirib. 

Ekspertin sözlərinə görə, maaşlar da aşağı olduğu üçün 25 faiz hesablananda bu, maksimum 100-150 manat edir: 

" Son zamanlar insanların iş yerlərinin itirməsi və gəlirlərinin azalması fonunda alimentlərdə müəyyən azalmalar müşahidə olunur. Bir övladı olan boşanmış qadının həmin məbləğlə dolanması mümkün deyil. Çünki çox aşağı rəqəmlər hesabanır. Sadəcə, qanunvericlik bunu belə tələb edir. 

Qanunvericilikdə dəyişiklik edilmədən alimentlərin artırılması qeyri-mümkündür. Bəzən olur ki, ailələr dağılarkən kişi və qadın arasında razılaşma yolu ilə aylıq xərclər hesablanır. Təssüf ki, bu, nadir hallarda baş verir. Əsasən məsələnin məhkəmə yolu ilə həll olunmasına üstünlük verilir. Rəsmi gəlir olmayanda isə, məhkəmə heç o qərarrı da verə bilmir. Heç 25 faizlik həddi də müəyyən edə bilmir. O zaman minumum əmək haqqının və ya istehlak zənbilinin 25 faizi ölçüsündə aliment kəsilir. Bu da ,30-35 manat edir. Qanunverilcikdə dəyişilik edib, alimentlərin artırılmasına ehtiyac var. Eyni zamanda iş yerlərini qanuniləşdirmək lazımdır.Maaşlar leqallaşdırılanda məhkəmlərin əlində fakt olur və o fakta görə də, daha yüksək aliment hesablaya bilir".

Ayyət