Vüqar Abbasov: "Yeni tanışlıqlar yeni imkanlar deməkdir"


Niderlandda yaşayan soydaşımız, Niderland və Azərbaycan Jurnalistlər Birliklərinin (JB) üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasov bir neçə jurnalist həmkarı ilə birlikdə bu ölkədə  nəşr olunan  “Trouw” qəzetinin redaksiyasında işgüzar görüşdə  iştirak edib. 

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.  

“Görüşü Niderlandda fəaliyyət göstərən Onfile  JB – nin partnyoru olan Majalla  təşkilatı və eyni adlı, Majalla.nl saytı təşkil edib.  “Görüş zamanı  “Trouw”  qəzetinin  baş redaktorun müavini cənab Martijn Roessinghlə və şöbə müdiri, xanım Dorien Pelslə maraqlı söhbət olub. Onlar qəzetin yaranma tarixi, orda çalışan jurnalistlərin iş fəaliyyəti və iş qaydaları və.s. haqqında məlumat veriblər. Həmçinin onlara verilən sualları da cavablandırıblar.  Qəzetlə əməkdaşlıq məsələsi də müzakirə olunan məsələlər sırasında olub.  Ümumiyyətlə, görüşü faydalı keçib. Yeni tanışlıqlar oldu, əməkdaşlıq imkanları barədə və.s. danışılıb. Düşünürəm ki, yeni tanışlıqlar yeni imkanlar deməkdir”- deyə  Vüqar Abbasov əlavə edib.  

Qeyd edək  sözü gedən qəzet Niderlandın çoxtirajlı və ən oxunaqlı qəzetlərindən biridir.