“Sabah” “Turan Tovuz”u məğlub edərək liderliyə yüksəldi

Azərbaycan Premyer Liqasının XV turunda “Turan Tovuz” və “Sabah” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda ilk qolu 31-ci dəqiqədə “bayquşlar”ın futbolçusu Coy-Lebs Mikels vurub. 68-ci dəqiqədə isə Velko Simiç fərqlənərək üstünlüyü daha da artırıb. 11 dəqiqə sonra isə Umarali Raxmonaliyev “bayquşlar”ın üçüncü qoluni vurub. Tovuzluların futbolçusu Filip Ozobiç isə 3 dəqiqə sonra yalnız bir qolun əvəzini çıxa bilib.

Bu nəticədən sonra Masazır təmsilçisi xallarını 31-ə çatdıraraq turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Turan Tovuz” isə 24 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.