"Öyrət-təchiz et" birliyində şok...

5 nəfər öldü, 16 nəfər yaralandı və 8 nəfər də Nusra Cəbhəsi tərəfindən əsir alındı



ABŞ və Türkiyə tərəfindən ortaq şəkildə hazırlanan "öyrət-təchiz et" proqramına qatılan Suriyalı müxalif döyüşçülərdən 54-ü, iyul ayının başında proqramı tamamladıqdan sonra 13 iyulda Suriya içərilərinə keçməyə başlamışdı.
Əksəriyyəti türkmən olan ilk qrup, Suriyanın şimalındakı Halep vilayətində Azez mahalına bağlı Malikiyə kəndində qərarlaşmışdı . Türkmənlərin yaşadığı və IŞİD-in əlindəki Soran kəndi yaxınlığı etibarlı bir bölgə olduğu üçün birliyin yerləşməsi üçün bura uyğun hesab edilmişdi.
Keçən gün, birliyin türkmən komandiri polkovnik Nedim HƏSƏN və köməkçisi ilə əmrlərindəki 18 döyüşçü, Nusra Cəbhəsi gücləri tərəfindən mühasirəyə alınmışdı. Birliyin sərbəst buraxılması üçün Nusra Cəbhəsinin razı salınmağa çalışıldığı, Azad Suriya Ordusunun (ÖSO) müzakirələr üçün dövrədə olduğu ifadə edilmişdi. Etibarlı yerli qaynaqlardan əldə edilən məlumata görə, birlik və Nusra Cəbhəsi arasında çıxan qarşıdurma nəticəsində, birlikdən 5 nəfər öldü, 16 nəfər yaralandı və 8 nəfər də Nusra Cəbhəsi tərəfindən əsir alındı.(milliyet.com)
Koalisiya güclərinə aid insansız hava vasitələrinin də Nusra Cəbhəsinə aid qərargahlara hücum təşkil etdiyi və yaralananlar olduğu bildirildi.