Azərbaycandan qaçmaq istəyən şəxs sərhəd-keçid məntəqəsində tutuldu





Şirvanda cinayət törətməkdə təqsirli bilinən şəxs dövlət sərhədini keçmək istəyərkən saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, iyulun 30-da saat 23:30 radələrində Şirvan şəhəri M.Əzizbəyov küçəsi, 21 ünvanında yerləşən fərdi yaşayış evində Hacıqabul sakini, 1978-ci il təvəllüdlü Elşən Əlizadə oğlu Bağıyev yeznəsi, 1979-cu il təvəllüdlü Cəfərov Fizuli Vilayət oğlunu bıçaqlayıb.
Əvvəllər məhkum olunmuş E. Bağiyev yeznəsini bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.
Bu gün səhər saatlarında o, dövlət sərhədini keçmək istəyərkən Samur sərhəd-keçid məntəqəsində saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.