Qaxda iki avtomobil toqquşub, xəsarət alan var

Qaxda minik avtomobilləri toqquşub, xəsarət alan var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Kötüklü kəndində baş verib.

Qax rayon sakini 1951-ci il təvəllüdlü İosif Babacanaşvilininin idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Şəki rayon sakini Osman Rəsullunun idarə etdiyi “KİA” markalı avtomobil toqquşub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan İ. Babacanaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.