ATƏT-in parlament seçkiləri ilə bağlı rəyi çoxdan yazılıb - Rəy

Onların dərdi ədalət, obyektivlik yox, Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqdır


Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatmamış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki "hesabatı" artıq hazırdır. Əvvəlcədən hazırlandığı şübhə doğurmayan sənəddə qeyd olunur ki, seçkilərin hüquqi bazası demokratik seçkilər üçün əlverişli deyil, Konstitusiya və digər qanunların icazə verdiyi sərbəst toplaşmaq və ifadə azadlığı məhdudlaşdırılıb, beynəlxalq standartlara və ATƏT-in öhdəliklərinə uyğun gəlmir. 

Hesabatda deyilir ki, MSK daxil olan şikayətlərin əksəriyyətinə mahiyyəti üzrə baxıb, lakin dəvət olunmuş tərəflərin arqumentləri heç vaxt nəzərə alınmayıb. MSK əvvəlcədən hazırlanmış qərarlar qəbul edərək şikayətçiləri qanunla, ATƏT-in öhdəliklərindən və beynəlxalq təcrübədə nəzərdə tutulmuş prosedur təminatlarından məhrum edib. MSK və məhkəmə qərarları tam əsaslandırılmayıb və MSK qərarlarında əlavə hüquqi müdafiə vasitələrinin mövcudluğu göstərilməyib. Apellyasiya məhkəmələrinə və Ali Məhkəməyə verilmiş bütün şikayətlər rədd edilib. Hesabatda o da vurğulanır ki, siyasi aktorların, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının, akademiklərin və jurnalistlərin həbs və həbsləri seçkiqabağı dövrdə də davam edib. Hakimiyyət bəzi hallarda şübhəli maliyyə mənbələri və həbs edilmiş şəxslərin uçotunu, o cümlədən dini fundamentalist və separatçı mənbələrə istinad etsə də, bu həbslər bir sıra beynəlxalq və yerli insan haqları qurumları tərəfindən fərqli fikirlərə və tənqidi səslərə basqı kimi qəbul edilir. Qeyd edək ki, bir neçə gün öncə mediada ATƏT-in Azərbaycandakı növbədənkənar parlament seçkiləri ilə bağlı hesabatının artıq hazır olması barədə məlumat yayılmışdı.
Bir çoxları hesab edir ki, bu yanaşma Qərb institutlarının Azərbaycana münasibətində artıq ənənə halını alıb ki, bunu da biz istər ATƏT-in əvvəlki seçkiləri qiymətləndirməsində, istərsə də son günlər AŞPA-nın yanaşmasında açıq gördük.


Politoloq Abutalıb Səmədov "Sherg.az"a deyib ki, ATƏT-in qərəzli strukturlarının məqsədi bizə aydındır. Ekspertin sözlərinə görə, baş tutmuş parlament seçkisini qeyri-demokratik seçki kimi qələmə vermək niyyəti güdürlər:

 "Seçkini gözdən salmaqla COP29 tədbirinin mümkün qədər mötəbərliyini azaltmağa, Azərbaycana səfər edəcək dövlət başçılarının, yüksəkranqlı rəsmilərin sayını azaltmağa çalışırlar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqlarının parlament seçkisi ilə bağlı verdiyi qərəzli rəyin əvvəldən hazırlandığı bizə məlumdur. Rəy çoxdan yazılıb. Bilirdik ki, məlum qurumlar seçkidən dərhal sonra elan edəcəklər ki, Azərbaycanda seçkilər qeyri-demokratik keçilib, namizədlərin iştirakına imkan verilməyib, siyasi partiyalar kənarda saxlanılıb və s. Baxmayaraq ki, 26 siyasi partiyadan 25-i parlament seçkisinə qatılmışdı. Ancaq onların dərdi ədalət, obyektivlik yox, Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqdır. Yenə qeyd edirəm ki, üzləşdiyimiz hadisə ilk deyil və böyük ehtimal son da olmayacaq. Qərbin mahiyyəti budur. Nəzərə alaq ki, Avropa Birliyi üzvlüyünə namizəd olmasına baxmayaraq, qonşu Gürcüstan da Qərbdən uzaqlaşmaq xəttinə üstünlük verməkdədir. Bakı ona görə də ATƏT-lə bağlı istənilən təsisatın Cənubi Qafqazdakı məsələrlə məşğul olmasına razılıq vermirik".