Karapetyanın tərəfdarları Ermənistanda hökumət binasının qarşısında aksiya keçiriblər

Erməni sahibkar Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının tərəfdarları İrəvanda hökumət binasının önündə aksiya keçiriblər.

Teleqraf xəbər verir ki, yürüşla başlayan aksiya insidentsiz keçib. İştirakçılar "Samvel - Baş nazir" şüarı səsləndiriblər.

"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan 18 iyun 2025-ci ildə həbs edilib. O, Ermənistanda hakimiyyəti ələ keçirməyə çağırış etməkdə ittiham olunub. 30 dekabr 2025-ci ildə o, ev dustaqlığına buraxılıb.