ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tezliklə gəmiçilik üçün açılacağı ilə bağlı iddiasını bir daha təkrarlayıb.
Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri özünün "TruthSocial" platformasında yazıb: "Hörmüz boğazı tezliklə açılacaq və boş gəmilər yükləmək üçün ABŞ-yə axışır".
Aprelin 11-də Amerika lideri bir çox tankerin ABŞ-yə getdiyini və onların neftlə yüklənməsinin planlaşdırıldığını bildirmişdi .