Türkiyədə 7 baldan yuxarı zəlzələ olacaq - Akbayram

Şərqi Anadolu fay xəttinin böyük bir hissəsi 6 Fevral zəlzələsi zamanı qırıldı. Qırılmayan bir yer var. Biz buna "Bingöl seysmik boşluğu" deyirik.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Bingöl Universitetinin Enerji, Ətrafmühit və Təbii Fəlakətlərin Araşdırması Mərkəzinin dosenti Kənan Akbayram deyib.

"Bingölün Palu və Ilıcalar şəhərləri arasındakı ərazidə seysmik boşluq var. Bu ərazinin nə qədər böyük bir zəlzələ yaradacağı barədə heç bir məlumatımız yoxdur. Bunun 7 və ya daha yüksək bal gücündə zəlzələ yarada biləcəyi ehtimalı çox yüksəkdir. Təəssüf ki, bunun da ətraf vilayətlərə təsir etmək riski çox böyükdür”, - K.Akbayram əlavə edib.