KİV: ABŞ İran danışıqlarında həddindən artıq tələblər irəli sürür

ABŞ Pakistanda İranla danışıqlar zamanı həddindən artıq tələblər irəli sürür.

Teleqraf xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

İran və ABŞ nümayəndə heyətləri şənbə günü İslamabadda iki raund danışıqlar keçiriblər, üçüncü raund isə bu axşam saatlarında keçirilməsi planlaşdırılır.

O da qeyd olunur ki, ABŞ və İran arasında Pakistanda aparılan danışıqlarda Hörmüz boğazına nəzarət məsələsi hələ də həll olunmayıb.