Türkiyənin Balıkesir vilayətinin Edremit rayonunda restoranda yemək yeyən lisey şagirdinin boğazına yemək qalıb.
Sherg.az xəbər verir ki, Hadisəni görən dönər ustası dərhal müdaxilə edərək "Heimlich" manevrası tətbiq edib və şagirdin nəfəs yolunu tıxayan qida parçasını çıxarıb.
Yenidən nəfəs almağa başlayan şagirdin vəziyyətinin yaxşı olduğu bildirilir. Hadisə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.