Britaniyalı deputat: Şuşada insanların sevincini hiss etdim, həvəslə gəlib səs verirdilər

Azərbaycanda seçkiləri müşahidə etməkdən məmnunluq duyuram.

APA xəbər verir ki, bunu azad edilmiş ərazilərdə növbədənkənar parlament seçkilərini müşahidə edən Böyük Britaniya Lordlar Palatasının üzvü Qurban Hüsseyn bildirib.

O, müşahidələri zamanı insanların öz seçki hüququndan sərbəst şəkildə ifadə etdiyinin şahidi olduğunu deyib:

“Seçicilər seçki məntəqəsinə gələrək, öz şəxsiyyət vəsiqələrini təqdim edir, səlahiyyətli şəxslər onları yoxladıqdan sonra pərdə ilə örtülmüş kabinəyə daxil olaraq, öz seçimlərini edirdilər. Mən Şuşada insanların sevincini hiss etdim. Orada olduğum müddətdə müşahidə etdim ki, seçicilər həvəslə gəlib öz səslərini verirlər. Onu qeyd edim ki, bu, mənim xaricdə müşahidə etdiyim ilk seçki idi və heç bir sürpriz olmadı. Seçki Böyük Britaniyada necə keçirsə, Azərbaycanda da eynilə həmin formada keçdi”.