Serbiyalı müşahidəçi: Azərbaycanda seçicilər səsvermə prosesində iştirakın vacibliyini dərk edir

“Xarici ölkənin nümayəndəsi olaraq mən məntəqələrdə bütün sənədlərə çıxış əldə edə bildim ki, bu da seçkilərin demokratik keçirilməsini göstərir".

APA xəbər verir ki, bunu mətbuat konfransında Serbiya Milli Assambleyasının üzvü Jivota Starçeviç mətbuat konfransında deyib.

O əlavə edib ki, Azərbaycanda seçicilər səsvermə prosesində iştirakın vacibliyini dərk edir:

"Seçki vaxtı müşahidə apardığımız məntəqələrdə və ətrafında hər hansı narazılıq hökm sürmədi, hər şey qanun çərçivəsində keçdi. Mərkəzi Seçki Komissiyasının peşəkar işi nəticəsində fəaliyyət bütün qanunlara əməl edilərək təşkil olunmuşdu. Bütün materiallar məntəqələrə vaxtında çatdırılıb. Xarici ölkənin nümayəndəsi olaraq mən məntəqələrdə bütün sənədlərə çıxış əldə edə bildim. Bu da seçkinin demokratik keçirilməsinin vacib göstəricisidir. Seçki məntəqəsinin əməkdaşları çox səylə çalışırdılar ki, bu da onların lazımi təlimlərdən keçdiyini deməyə əsas verir. Qeyd etdiyim faktlar Azərbaycanda demokratik prinsiplərə verilən dəyəri göstərir. Seçicilər bu seçkidə iştirakın vacibliyini anlayırlar".