İranda bir qadına təcavüz edən 3 nəfər edam edildi (fotolar)











Taksiçi kimi davranaraq bir qadını avtomobillə zorla şəhər xaricinə çıxarıb təcavüz və qəsb etməkdən mühakimə olunduqları iddiadan hökm alan 3 nəfər asılaraq edam edildi.
Edam, cinayətin işləndiyi paytaxt Tehranın qərbindəki Kerec şəhərində xalqın qatıldığı meydanda reallaşdı. Bir gün əvvəldən meydana məlumatlandırma pankartları əsan polis, edam edilmədən saatlar əvvəl anonslar edərək xalqı edam mərasiminə dəvət etdi. İranda silahlı soyğunçuluq, təcavüz və narkotik qaçaqçılığı cinayətlərində günahlandırılanlar edamla cəzalandırılır. Edamların bir çoxu bağlı həbsxana sahəsində reallaşdırılır. Başda təcavüz edamları olmaqla digər edamlar bəzən ictimai meydanlarda həyata keçirilir.