Cahangir Əsgərovun xalqı necə aldatması ifşa edildi

Millət vəkili, AZAL şirkətinin adının ÇOXAL olaraq dəyişməsini təklif edib




Göstərişdən sonra nisbətən ucuzlaşan bilet qiymətlərinin yerinə maraqlı hoqqa düşünülüb.
Bu barədə millət vəkili Fazil Mustafa məlumat verib.
Millət vəklinin sözlərinə görə, 16 yaşdan aşağı sərnişinlər valideyinsiz xarici ölkəyə gedərsə, bilet puluna 300 AZN də əlavə ödəməlidir.
"Adam öz ölkəsinin şirkətinə fayda vermək istəyir, ancaq öz şirkətimiz bizlərə bu imkanı heç cür vermək istəmir. Bir dostumuz oğlunu Londona dil kursuna göndərir. Təyyarə bileti üçün AZAL-a müraciət edir. Uşağın 16 yaşı tamam deyil. Prezidentin göstərişindən sonra nisbətən ucuzlaşan bilet qiymətlərinin yerinə maraqlı hoqqa düşünülüb.
16 yaşdan aşağı sərnişinlər valideyinsiz gedərsə, bilet puluna 300 AZN də əlavə ödəməlidir. Guya onu müşaiyət edən şəxsə verilmək üçün. Halbuki hüquqi qayda belədir ki, valideynlərinin hər ikisinin natoriat qaydada təsdiq olunmuş razılıq ərizəsi varsa, hava şirkəti buna problem yaratmamalıdır.
Demək 520 manat, üstəgəl 300 manat. Vətəndaş "British Airline" hava şirkətinə müraciət edir və bildirirlər ki, onlar bu qaydanı yalnız 5-12 yaş arası uşaqlar üçün tətbiq edirlər. Demək, vətənpərvərlik göstərib AZAL-dan bilet almaq istəyinə baxmayaraq xeyrini ingilis şirkətinə verməyə məcbur qalır. Üzülürsən", deyə Fazil Mustafa bildirib.
Millət vəkili AZAL şirkətinin adının ÇOXAL olaraq dəyişməsi təklifini də edib: "Ancaq nə edəsən, prezidentdən də yuxarı instansiya yoxdur ki? Prezident camaatın ürəyindən keçəni söylədi, bunlar isə yenə də öz ürəklərindən keçəni edirlər. Bu nüansları nəzərə alsaq, AZAL şirkətinin adını ÇOXAL olaraq dəyişmək daha məntiqli olmazdımı?".