Xəzərdə 20 yaşlı gənc boğuldu





Xəzər dənizində 1 nəfər batıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytınын verdiyi xəbərə görə, nazirliyin "112” qaynar telefon xəttinə Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəgəsindən 6 km aralı nəzarətsiz ərazidə) 1 nəfərin cimərkən dənizdə boğulması barədə məlumat daxil olub.
"Sahil-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən təxminən 20-21 yaşlarında kişi cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:41-də başa çatıb.