Bakıda faciə: qadın avtobusdan yıxılıb öldü




Bakıda avtobusda bədbəxt hadisə baş verib.  Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, avqustun 2-də Yasamal rayonu ərazisində Yevlax rayon sakini Taleh Məmmədovun idarə etdiyi "İsuzu” markalı avtobusunun qapısı açıq olduğundan sərnişini Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. Nəticədə X.Sadıxova xəstəxanaya yerləşdirilib və orada ölüb.
Araşdırma aparılır.