Rusiyalı komandan: Bu il Xəzər dənizində Azərbaycan-Rusiya-Qazaxıstan və Azərbaycan-Rusiya təlimləri keçiriləcək





Rusiya Hərbi-Dəniz Donanması ilin sonunadək Xəzər dənizində iki beynəlxalq təlim keçirəcək.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Hərbi-Dəniz Donanmasının komandanı, admiral Viktor Çirkov deyib.
Onun sözlərinə görə, sözügedən təlimlərdə Rusiya ilə yanaşı Azərbaycan və Qazaxıstanın hərbi-dəniz qüvvələri iştirak edəcək.
Qeyd edək ki, avqustun 3-dən 11-dək Xəzər dənizində "Xəzər Kuboku 2015” və "Xəzər derbisi 2015” donanma müsabiqələri keçirilir. Müsabiqələrdə Azərbaycan hərbi-dəniz qüvvələri də iştirak edir.