13 yaşlı uşaq göldə batıb




Bərdə rayonu, Şortəpə gölündə 13 yaşlı uşaq batıb.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2002-ci il təvəllüdlü Həsənov Nicat Vüqar oğlu Bərdə rayonu, Şortəpə gölündə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 60 km aralı, nəzarətsiz ərazidə) batıb.
N.Həsənovun cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.